My Web-sayt


Şəkil 2.1. Bir ranqlı şəbəkənin nümunəsi



Yüklə 0,77 Mb.
səhifə12/84
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#39828
1   ...   8   9   10   11   12   13   14   15   ...   84
ŞƏBƏKƏ PROQRAM TŞMİNATI

Şəkil 2.1. Bir ranqlı şəbəkənin nümunəsi

Bir ranqlı şəbəkələrin üstün və çatışmayan cəhətləri aşağıdakı- lardır:

Üstünlükləri:


    • qurulması və sazlanmasının asanlığı;

    • ayrı-ayrı kompüterlərin və onların resurslarının bir-bi- rindən asılı olmaması;

    • istifadəçinin öz kompüterinin resurslarına nəzarət edə bilməsi imkanının olması;

      • bu cür şəbəkələrin qurulması və dəstəklənməsinin müqayi- sədə daha ucuz olması;

      • əməliyyatlar sistemindən başqa əlavə proqram təminatına tələbatın olmaması;

      • daimi olaraq şəbəkə inzibatçısının iştirakı tələbinin olma- ması.

Çatışmayan cəhətləri:

      • mövcud olan ayrı-ayrı resurslara uyğun parolların (Win- dows 95/98 üçün), və ya şəbəkəyə daxil olma parolları və adların (Windows-un sonrakı versiyaları üçün) yadda saxlanılması zəru- rətinin olması;

      • birgə istifadə olunan verilənlərin mühafizəsi üçün hər bir kompüterdə ayrılıqda ehtiyat sürətlərin yaradılması tələbatı;

      • şəbəkənin idarə olunması və verilənlərə daxil olmanın mərkəzləşdirilməsi imkanlarının olmaması;

      • şəbəkə və verilənlərin ümumi mühafizəsinin aşağı səviyyə- də olması.

Şəbəkə inzibatçısı şəbəkədə kompüterlərin, istifadəçilərin və resursların idarə olunması üçün bütün hüquqlara malik olan insan.

Şəbəkə inzibatçılığı – kompüterlərin, şəbəkə avadanlıqlarının və istifadəçilərin işinin idarə olunması, verilənlərin mühafizəsi, resurslara daxil olmanın təmini, sistem və tətbiqi proqram təmi- natının sazlanması və modernləşdirilməsi kimi kompleks məsə- lələrin həllidir.

Bir ranqlı şəbəkələrdə adətən kompüterlərin sayı 10-dan çox olmur və onları işçi qruplar adlandırırlar. İşçi qrupların tipik nü- munəsi kimi ev şəbəkəsini və ya çox da böyük olmayan ofis şəbə- kələrini misal göstərmək olar.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin