My Web-sayt



Yüklə 0,77 Mb.
səhifə62/84
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#39828
1   ...   58   59   60   61   62   63   64   65   ...   84
ŞƏBƏKƏ PROQRAM TŞMİNATI

Ümumi məlumat


Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır. Amma bu kifayət deyil. veb masterlər işlərində ancaq Microsoft Internet Explorer, Firefox və Operanın nəzərə alınmasını istifadə olunan brauzerların statistikasına əsasən apardıqlarını iddia edirlər. Misal üçün İLK10 statistikasına əsaslanaraq istifadəçilərinin ən çox bəyəndikləri brauzerlər belə sıralanır: 2015 Yanvar

  • Google Chrome 61,9%

  • Firefox 23,4%

  • Internet Exploler 7,8%

  • Safari 3,8%

  • Opera 1,6%[2]

Fərqli əməliyyat sistemləri və fərqli brauzer versiyaları saytın istifadəçinin ekranında bəzən çox fərqli görünməsinə səbəb ola bilərlər. Belə halların nəzərə alınmaması çox pis nəticələrə gətirə bilər.

İnternet səhifələrinin hazırlanma ərəfəsində təbii ki bütün növ brauzerlərdə yoxlanılması çətindir. Fərqli əməliyyat sistemləri üçün test edilməsi isə bəzən heç mümkün olmur. Belə hallarda xüsusi onlayn test xidmətləri veb masterlərin köməyinə gələ bilərlər.



Brauzerlərin standartlara uyğun olub olmadığını ölçmək / yoxlamaq üçün istifadə edilən testlər standartlaşmaları vardır. Bunlar, brauzerin, yazılan kodu doğru işlədib işləməyini yoxlar. Hazırlanan saytların müxtəlif brauzerlərdə necə göründüyünü test etmək üçün proqramlarr:

  • TredoSoft şirkətinin Multiple IE installer proqram kompüterdə bir necə İE versiyasının eyni vaxtda işlədilməsini təmin edir.

  • Mac OS X əməliyyat sistemində eyni vaxtda 10 fərqli Safari versiyasının qurulmasını təmin edən Multi-Safari proqramı.

  • Saytın görünüşünü Linux sisteminə daxil olan Konqueror, Mozilla və Ubuntv vu Firefox brauzerlərində test etmək üçün Knoppix distribütivindən istifadə etmək olar. Bu distribütivi kompüterə quraşdırmaq lazım deyil, əməliyyat sistemi sadəcə CD-dən işləyə bilər.

Bundan başqa test üçün bir neçə onlayn xidmətdən də istifadə etmək olar:

  • IE NetRenderer vasitəsiylə saytın İE5.5, İE6 və İE7 necə göründüyünü yoxlamaq olar. Mixed və Difference rejimlə isə eyni zamanda İE6 və İE7 görüntülərini üst-üstə yerləştirərək test etməyə imkan yaradır.

  • Browsershots xidməti vasitəsiylə İE, Firefox, Opera, Safari və Konqueror kimi brauzerlərdə, həm də Linux, Windows və Mac OS əməliyat sistemlərində test aparmaq olar. Əlavə olaraq ekran böyüklüyü, rəng dərinliyi, Java və Flash istifadəsi kimi xüsusiyyətlər də seçilə bilər. Server çox məşqul olduğu üçün, test edilən saytlar sıraya qoyulur. Yaradılan ekran təsvirlərini (screeshots) yükləmək imkanı da var.

  • Browsrcamp onlayn servisi sadəcə Mac OSX Safari 2.0.4 brauzerində, amma tam beş ekran böyüklüyündə test təsviri almağa imkan verir.

  • Pullu xidmətlər arasında Litmus, Browser Photo, Browsercam və BrowserPool adlarını çəkmək olar.

  • Acid2

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin