My Web-sayt



Yüklə 0,77 Mb.
səhifə60/84
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#39828
1   ...   56   57   58   59   60   61   62   63   ...   84
ŞƏBƏKƏ PROQRAM TŞMİNATI

MÜHAZİRƏ 5


ŞƏBƏKƏ ƏMƏLİYYAT SİSTEMLƏRİ

İlk yarandığı zaman şəbəkə əməliyyat sistemi əlavə bir proqram təminatı vasitəsilə təmin edilirdi. Windows əməliyyat sistemlərində iş versiyalarında şəbəkə dəstəyi sonradan yüklü bir proqram vasitəsilə dəstəklənirdi. Amma bəzi əməliyyat sistemləri vardırki, onlarda dəstək əvvəlcədən əməliyyat isteminin içərisində yerləşdirilirdi. Buna görədə şəbəkə əməliyyat sistemləri haqqındakı düşüncələr fərqlənməyə başlandı. Hal-hazırda bütün əməliyyat sistemlərinə şəbəkə əməliyyat sistemi deyə bilərik. Çünki, hər birinin şəbəkə dəstəyi var. Telefonlardakı adroid sistemi, komputerlər üçün linex, windows əməliyyat sistemləri hamısı şəbəkəyə dəstək olduğu üçün şəbəkə sistemi sayılır. Bunları fərqləndirmək üçün xüsusi bir özəlliklər tələb edildi və artıq hər bir əməliyyat sisteminə şəbəkə əməliyyat sistemi deyə bilmərik. Bunun üçün hansı xüsusiyyətlər olmalıdır.?



  1.  Multiprosessor dəstəyi, yəni birdən çox prosessor dəstəyinin olması. Bu, hər bir əməliyyat sistemini dəstəkləmir.

  2. Şəbəkə üzərindən istifadəçi ilə qrupların idarə edilməsi.

  3. Multitracking və ya multiprosessing, yəni eyni zamanda bir neçə tapşırığı yerinə yetirə bilmə qabiliyyəti. Burada eyni anda yüzlərlə prosesin yerinə yetirilməsi nəzərdə tutulur.

  4. Backup və ya klaster avadanlıqlarının proqram təminatını dəstəkləyə bilməsi, buda sıravi əmliyyat sistemlərində mümkün deyil.

  5. Full tolerant  supportunun olması. Əlavə olaraq, log out dəstəyinin olması. Şəbəkə üzərindən giriş nəzarətinin olması, girişdən sonra nələrə icazə və məhdudiyyətlərin qoyulması

  6. Multi user mütləq şəkildə dəstəklənməlidir.

  7. Həm software,  həm hardware tərəfli şəbəkəyə paylaşımın açılması. Fiziki olaraq belə, CD ROM, DVD ROM-un, digər avadanlıqların aparat təminatının şəbəkəyə xidmət göstərə bilməsi üçün açıla bilməsi.

Bunlar şəbəkə əməliyyat sistemlərinin xüsusiyyətləri sayıldığı üçün burada server əməliyyatı , desktop əməliyyatı və istifadəçi əməliyyatı şəklində ayrılmış olur. 

Hər bir əməliyyat sisteminin tipindən asılı olmayaraq üç əsas vəzifəsi vardır:



  • Diskdə fayl sisteminin idarə edilməsi

  • Giriş-çıxış qurğularını idarə etmək

  • İstifadəçi interfeysi yaratmaqdır (başqa sözlə- istifadəçi ilə kompüter arasında ünsiyyəti təmin etməkdir).

Deməli, nəticə etibarilə: sistem proqram təminatını iki qrupa ayırmaq olar- hesablama sistemini alt səviyyədən idarə edən (qurğulara birbaşa müraciət etməklə) və hesablama sistemini üst səviyyədən (BIOS funksiyaları vasitəsilə) idarə edən. İkincilər məhz əməliyyat sistemini təşkil edirlər. Deməli əməliyyat sistemi istifadəçi və tətbiqi proqram arasinda əlaqəçi rolunu oynayır.

Kompüter şəbəkələrinin arxitekturası ilə bağlı əsas komponentlər və texnologiyalar sırasına proqram təminatı da daxildir. O, özündə şəbəkə əməliyyat sistemini və şəbəkəni idarə edən proqram təminatını birləşdirir. Şəbəkə əməliyyatsistemi (NOS - Network Operating System) şəbəkəyə qoşulan hər kompüterə tətbiq edilən proqram təminatıdır. O, şəbəkə resurslarına müraciəti əlaqələndirir və idarə edir. NOS şəbəkədə məlumatın marşrutlaşdırılmasını, şəbəkə qurğularına rəqabət zamanı münaqişələrin həllinı və şəxsi kompüterlərin əməliyyat sistemləri (Windows , Windows NT, UNIX və ya OS/2) ilə işləməyı təmin edir. Şəbəkə əməliyyat sistemi fayllarla və əlavələrlə (Application) birgə işi təmin edir. Bir işçi stansiyada olan belə resurslar digər stansiya tərəfindən istifadə, ötürülə və dəyişdirilə bilər. NOS-un əsas hissəsi şəbəkənin serverində yerləşir, qalan komponentləri bütün işçi stansiyalarda fəaliyyət göstərir. NOS şəbəkədəki bütün qurğuları tanıyır və əgər bir neçə sifarişçi eyni vaxtda birgə istifadə olunan periferiya quğulardan istifadə etmək istəyirsə, onda prioritet müraciəti müəyyən edir. Bu sistem şəbəkədə trafiki nizama salır, xidmət kataloqu təqdim edir, müdafiə sistemində səlahiyyətlərə nəzarət və şəbəkəni idarə etmək funksiyasını həyata keçirir. Populyar şəbəkə əməliyyat sistemlərinə misal olaraq Windows NT Server, Novell NetWare, Banyan VINES və s. göstərmək olar. Şəbəkəni idarə edən proqram təminatı şəbəkənin qorunmasında, idarəsində və monitorinqində yüksək rol oynayır (TCO - Total Cost of Ownership). Şəbəkə administratorları idarəedici stansiyadan və ya World Wide Web-dən trafikdə qanunauyğunluqları izləyə, seqmentləri gücə salan ənənəvi halları aşkar edə bilər, problemləri izləmək və aradan qaldırmaq, şəbəkənin məhsuldarlığını maksimum artırmaq üçün onun konfiqurasiyasını dəyişə bilərlər. Şəbəkə genişləndikcə və mürəkəbləşdikcə RMON (qurğu haqqında informasiya toplayan və onu şəbəkədən idarə edən ucqar kontrol modulu) və RMON2 kimi monitorinqlər administratorlara şəbəkə mühitinə nəzarəti saxlamaq üçün kömək edir. Monitorinqin bu alətləri şəbəkə sərhədlərindən ətraflı məlumat almağa, potensial problemi vaxtında aşkarlamağa,həmçinin şəbəkədən keçən informasiyanı qorumağa imkan yaradır.



Əməliyyat sistemi tipindən asılı olaraq mikroprosessoru bu və ya digər rejimlərdə işlətməklə onun resursundan bu və ya digər dərəcədə effektiv istifadə etməyə imkan verir. Əməliyyat sistemi hesablama sisteminin tipindən (əsasən prosessorların tipi, onların sayı və arxitekturası nəzərdə tutulur) asılı olaraq hesablama sistemi resurslarından istifadənin effektivliyini təmin etməlidir. Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

  • sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;

  • sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;

  • prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

  • prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;

  • interfeysin tipinə görə: əmrli və obyektyönlü;

  • informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;

  • resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər. Əməliyyat sistemlərini təsnif edərkən onların daşıdığı funksiyalardan, işlədiyi hesablama sisteminin və prosessorun daxili arxitekturasının xüsusiyyətlərindən doğan kriteriyalardan çıxış etmək lazımdır. Onda, əməliyyat sistemlərini təsnif etmək üçün aşağıdakı kriteriyalara əsaslanmalıyıq:

  • Mikroprosessorun arxitekturasına (CISC və ya RISK) görə;

  • Sistemdə olan mikroprosessorların sayına görə;

  • Mikroprosessorun bit sayına görə;

  • Eyni anda icra olunan tətbiqi proqramların sayına görə;

  • Eyni anda icra olunan tətbiqi proqramların idarə edilməsi prinsipinə ğörə;

  • Eyni anda olan istifadəçi sayına görə;

  • Əməlıiyyat sisteminin yaddaşdan istifadəetmə prinsiplərinə görə;

  • Diskdə fayl sisteminin qurulması və idarə edilməsi prinsiplərinə görə;

  • İstifadəçi interfeysinin xüsusiyyətlərinə görə;

  • Əməliyyat sisteminin nüvəsinin arxitekturasına görə.

Əməliyyat sistemlərini təsnif etmək üçün baxılan kriteriyaları iki qrupa ayırmaq mümkündür: Sistemin arxitekturasının xüsusiyyətlərinin diqtə etdiyi və istifadəçi istəyindən döğan prinsiplərdən irəlı gələn kriteriyalar. Başqa sözlə, birincilər əməliyyat sisteminin kompüterin aparat təminatı ilə əlaqədar olan xüsusiyyətlərini, ikincilər isə ondan asılı olmayan, əməliyyat sisteminin funksional xüsusiyyətlərini əks etdirir. Bunları nəzərə alsaq əməliyyat sistemlərini aşağıdakı kimi təsnif etməliyik:

  • x86 və başqa platformalar;

  • Çoxprosessorlu və təkprosessorlu;

  • 16, 32, 64 bitli sistem;

  • Tək tapşırıqlı və çox tapşırıqlı;

  • Prosessoru real zaman və mühafizə rejimlərində işlədən;

  • İş stansiyası və server;

  • Fiziki yaddaş və/vəya virtual yaddaşdan istifadə edən;

  • FAT, NTFS və digər fayl sistemi;

  • Əmr sistemi və obyekt yönlü qrafik istifadəçi interfeysi.

Əməliyyat sisteminin nüvəsinin özünə məxsus xüsusiyyətlərini nəzərə almasaq bu təsnifat əməlyyat sistemini xarakterizə etmək üçün yetərli ola bilər. Aşağıdakı əməliyyat sistemlərini misal göstərmək olar:

  • DOS ailəsi

  • WINDOWS ailəsi

  • Linux

  • Unix ailəsi

  • OS/2



Əməliyyat sistemlərinin interfeys imkanlarına görə növləri:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin