72
72
Üzlük divar tavacıqları müxtəlif forma və ölçülərdə hazırlanır.
Kvadrat və düzbucaqlı tavacıqlar daha geniş yayılmışdır. Kvadrat
tavacıqların ölçüsü 150
150 mm, düzbucaqlı tavacıqlarınkı isə
150
100 və 150
75 mm olur. Tavacıqların qalınlığı 6 mm-ə
qədər, künclər, karnizlər və plintuslar üçün olan xüsusi tavacıqların
qalınlığı isə 10 mm-ə qədərdir. Onların kütləyə görə suhopması 16 %-
dən çox olmamalıdır.
Üzlük divar tavacıqları iki növə ayırırlar: kaşı tavacıqlar və
fayans tavacıqlar.
Kaşı tavacıqlaır tərkibində 20 %-ə
qədər təbaşir əlavə olunan
asanəriyən gillərdən hazırlanır və üz tərəfinə şir çəkilir. Tavacıqlar bi-
şirmə zamanı məsaməli alındığından onlar şir qatı ilə çox möhkəm
yapışır.
Kaşı tavacıqların keramik kütləsi səylə qarışdırılmalıdır. Ta-
vacıqlar
lingli preslərdə preslənir, qurudulduqdan sonra bişirilir,
üzərinə şir çəkilir və ikinci dəfə bişirilir. Məhlulla yaxşı yapışması
üçün tavacıqların arxa tərəfindən izlər açırlar.
Fayans tavacıqların istehsalında odadavamlı yaxud çətinəriyən
gillərdən, yavanlaşdırıcı əlavələrdən (kvars qumundan, tavacıq qı-
rıqlarından) və aşqarlardan (çöl şpatı, əhəngdaşı, təbaşir, şüşə qırıqları,
perlit və s.) istifadə olunur. Tavacıqları qurutduqdan sonra 1160
1200
0
S
temperaturda bişirir, şir ilə örtdükdən sonra isə təkrar bişirirlər.
Onların saxsısı ağ rəngdə olur.
Üzlük divar tavacıqlarının keyfiyyətinə qarşı yüksək tələblər
irəli sürülür. Onlar düzgün həndəsi formada olmalı, qıraqları və künc-
ləri düz, səthində qabarıqlıq və çatlar olmamalıdır. Tavacıqlar termik
davamlı olmalıdır.
Şirlənmiş üzlük divar tavacıqlardan yaşayış binalarının,
məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və poliklinikaların
sanitar
qovşaqlarının
divarlarında,
mətbəxlərdə,
ticarət
müəssisələrində, hamamxanalarda, laboratoriyalarda və s.
yerlərdə
istifadə edilir.
Dostları ilə paylaş: