N. M. AĞABƏyli


Effektiv keramik materiallar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə52/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   104
N. M. A AB yli

 
Effektiv keramik materiallar 
Adi gil kərpicinin çatışmayan cəhətlərindən biri onun sıxlığının 
və istilikkeçirməsinin yüksək olmasıdır. Odur ki, belə kərpicdən hö-
rülən xarici divarların istilik-texniki mühafizə xassəsini saxlamaq 
üçün onları 2

2,5 kərpic yaxud 52

64 sm qalınlıqda düzəldirlər. 
Bunun da nəticəsində divar ağır alınır 

1 m
2
divarın kütləsi 800

1000 
kq olur. 


69 
69 
Keramik divar materialların sıxlığını və istilikkeçirməsini azalt-
maq üçün onları boşluqlu və məsaməli düzəldirlər. Belə keramik 
materialları effektiv keramik materiallar adlandırırlar. Onlara boşluqlu 
keramik kərpic və daşlar, habelə yüngül inşaat kərpici və daşları 
aiddir. 
Boşluqlu keramik kərpic və daşları tərkibində yanan əlavələr 
olan yaxud həmin əlavələr olmayan asanəriyən gillərdən plastik yaxud 
yarımquru qəlibləmə üsulu ilə alırlar. Boşluqlu kərpic və daşlar üçün 
istifadə olunan keramik kütlə daha səylə qarışdırılmalı və onun 
qəliblənməsi üçün vakuum presindən istifadə olunmalıdır. Kərpic və 
daşda boşluqlar (deşiklər) açmaq üçün presin müştüyünə kern deyilən 
qurğu keçirilir. Boşluqlar kərpicin və daşın yatağına nisbətən 
perpendikulyar yaxud üfqi yerləşdirilir. Onlar dairəvə yaxud 
düzbucaqlı formada ola bilər.
Boşluqlu kərpiclər adi (250

120

65 mm), qalınlaşdırılmış 
(250

120

88 mm) və modul (288

138

65 mm) ölçülərdə, boşluqlu 
daşlar isə adi (250

120

138 mm), modul (288

138

138 mm) və iri-
ləşdirilmiş (250

250

138 mm) ölçülərdə buraxılır. 
Boşluqlu kərpic və daşların sıxlığı 1400

1600 kq/m
3
, markaları 
isə adi gil kərpicində olduğu kimidir. Onlardan yükdaşıyan xarici və 
daxili divarlarda, arakəsmələrdə, bina və tikililərin digər hissələrində 
istifadə olunur. Göstərilən kərpic və daşlardan bünövrələrdə, 
kürsülərdə və nəmliyi çox olan otaqların divarlarında istifadə etmək 
məsləhət görülmür. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin