N. M. AĞABƏyli


§ 5. Keramik divar material və məmulatlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə49/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   104
N. M. A AB yli

 
§ 5. Keramik divar material və məmulatlar 
Adi gil kərpici 
Adi gil kərpici süni daş materialı olub, iki üsulla istehsal edilir: 
plastik qəlibləmə üsulu və yarımquru qəlibləmə üsulu. 
Plastik qəlibləmə üsulu. Bu üsulla kərpicin istehsalı şəkil 3.1-
də göstərilmiş texnoloji sxem üzrə aparılır. Gil karxanasından çı-
xarılmış və zavoda gətirilmiş gili dezinteqrator valında, qaçağanda, 
gilkəsən yaxud digər maşınlarda kobud xırdalayır, sonra isə
 
Şəkil 3.1. Plastik qəlibləmə üsulu ilə kərpic istehsalının texnoloji sxemi: 


66 
66 
1 

verici qutu; 2, 5 

transportyor; 3 

dezinteqrator vallarında gilin xırda- 
lanması və daşların ayrılması; 4 

qaçağanlarda gilin üyüdülməsi; 6 

lent presində 
kərpicin qəliblənməsi; 7 

çiy kərpicin avtomatda kəsilməsi 
hamar səthli vallarda yaxud narın üyüdücü qaçağanlarda narın xır-
dalayırlar. Əldə edilmiş qarışığı gilqarışdırıcıya ötürürlər. Burada gil 
kütləsinə yavanlaşdırıcı, plastikləşdirici və digər əlavələr qatılır. Sonra 
keramik kütlə 18

25 % nəmliyə qədər nəmləndirilir və bircinsli kütlə 
halına düşənə qədər qarışdırılır. Bu cür hazırlanmış keramik kütləni 
adi lent, yaxud vakuum lent presinə ötürürlər. Lent presində keramik 
kütlə şnek vasitəsilə sıxlaşdırılaraq presin müştüyünə doğru yönəldilir. 
Nəticədə presin müştüyündən fasiləsiz lent halında gil brusu çıxır və 
kəsici avtomatla kəsilir. Lent preslərinin saatlıq məhsuldarlığı 10000 
ədəd kərpicdir. 
Kəsilmiş çiy kərpici vaqonetlərə dolduraraq, fasiləsiz (tunel, 
konveyer) və dövri (kameralı) işləyən quruducularda qurudurlar. Tu-
nel quruducularda kərpicin qurudulması 12

48, kameralı qurudu-
cularda 

48

96, konveyerlərdə isə 6

10 saat vaxt aparır. Kərpici, 
adətən, 90

120 
0
S temperaturlu isti hava ilə qurudurlar. 
Kərpic fasiləsiz işləyən həlqəvi və tunel sobalarda bişirilir. Həl-
qəvi sobalardan yalnız köhnə kərpic zavodlarında istifadə edilir. 
Müasir kərpic zavodlarında kərpici müxtəlif konstruksiyalı tunel 
sobalarda bişirirlər. Kərpic, adətən, 950

1050 
0
S temperaturda bi-
şirilir. Bişirilmə müddəti tunel sobalarda 18

24 saat, həlqəvi soba-
larda isə 1,5

3 gün olur. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin