N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə47/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   104
N. M. A AB yli

 
Məmulata bəzək vurulması 
Keramik materiala dekorativ keyfiyyət vermək və bəzi istismar 
xassələrini yaxşılaşdırmaq məqsədilə onlara müxtəpif üsullarla bəzək 
vururlar. Bəzək vurma ya məmulatın qəliblənməsi prosesində, ya da 
məmulat qurudulduqdan yaxud bişirildikdən sonra aparılır. Məmulata 
bişirildikdən sonra bəzək vurularsa, onu təkrar bişirmək lazımdır. 
Məmulatın qəliblənməsi prosesində aparılan bəzək vurmanın 
növləri aşağıdakılardır: qabarıq bəzək vurma, torkretləmə, anqoblama 
və ikiqat qəlibləmə. Qəliblənmiş məmulat qurudulduqdan yaxud 
bişirildikdən sonra aparılan bəzək vurmaya şirləmə və xüsusi 


63 
63 
boyalarla rəngləmə aiddir. Şirləmə ilə bəzək vurma daha geniş 
yayılmışdır.
Şirləmə ilə bəzək vurmadan keramik tavacıqların, sanitar-tex-
niki məmulatların istehsalında daha geniş istifadə edilir. Şir suspen-
ziyası məmulatın səthinə xüsusi şirləmə konveyerlərində və maşın-
larında batırma, tozlama və tökmə üsullarla çəkilir. Şir, pnevmatik 
forsunkalarla 
yaxud 
mərkəzdənqaçma diskli tozlandırıcılarla 
tozlandırılır. Bişirmə üsulu ilə bəzək vurma daha sadə üsuldur və 
məmulatın şirlə örtülməsi vannalarda aparılır. 
Keramik tavacıqların istehsalı zamanı yaxşı keyfiyyətli şir ör-
tüyü konveyer qurğularında tökmə üsulu ilə bəzək vurmada alınır. 
Anqoblama 

bişirilməmiş keramik məmulatın səthinin ağ ya-
xud rəngli gil suspenziyası ilə nazik qat halında örtülməsidir. Sus-
penziyanı hazırladıqda ona aşqarlar (şüşə qırıqları, çöl şpatı və 
s.) və mineral boyalar qatılır. Anqoblamadan üzlük kərpicin isteh-
salında istifadə edilir. Anqoblama zamanı dekorativ təsiri artırmaq 
üçün bəzən anqobun üzərinə şir çəkilir. 
Ikiqat qəlibləmə 

keramik məmulatların istehsalı zamanı az 
tapılan ağ gillərə və boyalara qənaət etmək məqsədilə görülən qəlib-
ləmə əməliyyatıdır. Belə qəlibləmə zamanı məmulatın əsas (çox) his-
səsi dəmir tərkibli asanəriyən gillərdən və nazik üz qatı isə 3


mm qalınlıqlı boyalar qatılmış yaxud qatılmamış ağ gildən hazırlanır.
Divar keramikasının və eləcə də bəzi keramik tavacıqların ha-
zırlanmasında ikiqat qəlibləmədən istifadə edilir. 
Torkretləmə üzlük kərpicin istehsalında tətbiq edilir. Məmula-
tın səthinə qumvuran aparatla rəngli qum, şüşə, mərmər, şamot, çini 
və s. abraziv materialların qırıntılarını vurmaqla faktura əldə edirlər.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin