N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə48/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   104
N. M. A AB yli

Qabarıq bəzək vurma keramik məmulat səthinin dekorativ 
keyfiyyətini yaxşılaşdırır və rəngin təsirini gücləndirir. Qəliblənmə za-
manı çiy məmulatın səthinə xüsusi relyef batırmaqla qabarıq faktura 
alınır. Keramik tavacıqların və üzlük kərpicin istehsalında qabarıq 
bəzək vermadan istifadə edilir. 
Xüsusi boyalarla rənglənmə təbii və süni qeyri-üzvi boyalarla 
aparılır. Məmulatın rənglənməsi həcmi və səthi ola bilər. 
 
§ 4. Keramik material və məmulatların əsas xassələri 


64 
64 
Inşaat keramikası müxtəlif fiziki və mexaniki xassəli geniş no-
menklaturalı material və məmulatlarla xarakterizə olunur. Onların 
xassələrinə olan tələblər tətbiq sahəsindən asılı olaraq müxtəlifdir.
Məsaməlilik. Məsaməli keramik materialların məsaməliliyi 
10

40 % olur. Keramik kütləyə məsamə əmələ gətirci əlavələr qat-
maqla məsaməliliyi artırırlar. Kərpicin və keramik daşların sıxlığını və 
istilikkeçirməsini azaltmaq üçün onlarda boşluqlar və deşiklər açırlar. 
Suhopma. Keramik material və məmulatın məsaməliliyinin və 
bu səbəbdən də sıxlığının xarakteristikasıdır. Suhopma keramik ma-
terialın digər xassələrinə 

şaxtayadavamlılığına, hava və buxar ke-
çirməsinə, məhlul ilə möhkəm yapışmasına və s. xassələrinə böyük 
təsir göstərir. Sıx keramik materialların kütləsinə görə suhopması 5 %-
dən az, məsaməli keramik materiallarınınkı isə 5

30 %-dir. Keramik 
divar materialların inşaat məhlulu ilə yaxşı yapışması üçün onların 
kütləyə görə suhopması 6

8 %-dən az olmamalıdır. 
Sıxlıq. Keramik divar materiallar quru halda sıxlığına görə dörd 
sinfə bölünür: A sinfi 

sıxlığı 700

1000 kq/m
3
; B sinfi 

1000

1300 
kq/m
3
; C sinfi 

1300

1450 kq/m
3
; Ç sinfi 

1450 kq/m
3
-dan çox. 
Sıxlığın qiyməti azaldıqca keramik materialların istilikkeçirməsi 
azalır. Bu da xarici divarların qalınlığını azaltmağa imkan verir. 
Istilikkeçirmə. Keramik material və məmulatların istilikkeçir-
məsi sıxlıqdan, saxsının quruluşundan və nəmliyindən asılıdır. Mütləq 
sıx saxsı kütləsinin istilikkeçirmə əmsalı 1,16 Vt/(m

0
S)-dir. Keramik 
məmulatda məsaməlilik və boşluq yaratmaqla, onun sıxlığını 1800 
kq/m
3
-dan 700 kq/m
3
-a endirmək mümkündür. Bu halda onun 
istilikkeçirmə əmsalı 0,8 Vt/(m

0
S)-dən 0,21 Vt/(m

0
S)-ə enir. 
Keramik məmulatların nəmlənməsi və məsamələrindəki suyun 
donması, onların istilikkeçirməsinin kəskin surətdə artmasına səbəb 
olur. 
Şaxtayadavamlılıq. Keramik materialların uzunömürlülüyü on-
ların şaxtayadavamlılığı ilə əlaqədardır. Məlumdur ki, su, materialın 
məsamələrində donduqda həcmini təqribən 9 % artırır və bu zaman 
onun məsamələrdə yaratdığı təzyiqin qiyməti 280 MPa çata bilir. 
Bunun da nəticəsində materialın möhkəmliyi aşağı düşür. Keramik 
materialların şaxtayadavamlılığa görə markaları belədir: F 15, F 25, F 
35, F 50, F 75 və F 100. 


65 
65 
Möhkəmlik. Keramik materialların möhkəmliyi geniş hədd 
daxilində dəyişir. Belə ki, məsaməli quruluşlu keramik divar 
materialın möhkəmliyi 7,5

30 MPa, sıx quruluşlu keramik 
materiallarınkı isə (yol kərpicinin və s.) 40

100 MPa-dır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin