63
63
boyalarla rəngləmə aiddir. Şirləmə
ilə bəzək vurma daha geniş
yayılmışdır.
Şirləmə ilə bəzək vurmadan keramik tavacıqların, sanitar-tex-
niki məmulatların istehsalında daha geniş istifadə edilir.
Şir suspen-
ziyası məmulatın səthinə xüsusi şirləmə konveyerlərində və maşın-
larında batırma, tozlama və tökmə üsullarla çəkilir. Şir, pnevmatik
forsunkalarla
yaxud
mərkəzdənqaçma diskli tozlandırıcılarla
tozlandırılır. Bişirmə üsulu ilə bəzək
vurma daha sadə üsuldur və
məmulatın şirlə örtülməsi vannalarda aparılır.
Keramik tavacıqların istehsalı zamanı yaxşı keyfiyyətli şir ör-
tüyü konveyer qurğularında tökmə üsulu ilə bəzək vurmada alınır.
Anqoblama
bişirilməmiş keramik məmulatın səthinin ağ ya-
xud rəngli gil suspenziyası ilə nazik qat halında örtülməsidir. Sus-
penziyanı hazırladıqda ona aşqarlar (şüşə qırıqları, çöl şpatı və
s.) və mineral boyalar qatılır. Anqoblamadan
üzlük kərpicin isteh-
salında istifadə edilir. Anqoblama zamanı dekorativ təsiri artırmaq
üçün bəzən anqobun üzərinə şir çəkilir.
Ikiqat qəlibləmə
keramik məmulatların istehsalı zamanı az
tapılan ağ gillərə və boyalara qənaət etmək
məqsədilə görülən qəlib-
ləmə əməliyyatıdır. Belə qəlibləmə zamanı məmulatın əsas (çox) his-
səsi dəmir tərkibli asanəriyən gillərdən və nazik üz qatı isə 3
5
mm qalınlıqlı boyalar qatılmış yaxud qatılmamış ağ gildən hazırlanır.
Divar keramikasının və eləcə də bəzi keramik tavacıqların ha-
zırlanmasında ikiqat qəlibləmədən istifadə edilir.
Torkretləmə üzlük kərpicin istehsalında tətbiq edilir. Məmula-
tın səthinə qumvuran aparatla rəngli qum, şüşə, mərmər, şamot, çini
və s. abraziv materialların qırıntılarını vurmaqla faktura əldə edirlər.
Dostları ilə paylaş: