N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə43/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   104
N. M. A AB yli

Plastik üsul. Gil yumşaq, yaxşı islanan və tərkibində daş qatı-
şıqlarının miqdarı az olduqda keramik kütləni plastik üsulla 
hazırlayırlar. Bu üsulla keramik kütlənin hazırlanması gilin kobud və 
narın xırdalanmasından və gil kütləsinin yavanlaşdırıcı materiallar və 
əlavələrlə qarışdırılmasından ibarətdir. 
Plastik və özlü gilləri dişli vallarda, kövrək və donmuş gilləri 
gilkəsən maşınlarda, orta plastiklikli gilləri isə deşikli vallarda kobud 
xırdalayırlar. Çətin islanan gilləri və eləcə də tərkibində iri əhəngdaşı 
qatışıqları olan gilləri xırdalamaq üçün qaçağanlardan istifadə edirlər. 
Gili kobud xırdaladıqdan sonra onu hamar yaxud dişli vallarda, 
qaçağanda narın üyüdürlər. 
Yavanlaşdırıcı materiallar və əlavələr əvvəlcə müxtəlif kon-
struksiyalı vallarda xırdalanır, sonra isə dəyirmanlarda üyüdülür. 


57 
57 
Narın xırdalanmış gil kütləsini üydülmüş yavanlaşdırıcı mate-
riallar və əlavələrlə birlikdə ikivallı gilqarışdırıcıda buxarla nəmlən-
dirərək bircinsli kütlə halına düşənə kimi qarışdırırlar.
Plastik üsuldan divar materialları, drenaj və kanalizasiya bo-
ruları, kirəmit istehsal etdikdə istifadə edilir. 
Şliker üsulu. Gil yüksək nəmlikli və hazırlanacaq kütlə çox-
komponentli olarsa keramik kütləni şliker üsulu ilə hazırlayırlar. 
Şliker kütləsinin və həmin kütlə əsasında pres-ovuntunun hazırlanması 
aşağıdakı kimi aparılır. 
Əvvəlcə gili, yavanlaşdırıcı materialları və aşqarları dezinteqra-
tor vallarında, gilkəsən maşınlarda və dişli vallı daşqıranlarda kobud 
xırdalayırlar. Sonra həmin materiallara əlavələr və su qatıb kürəli 
dəyirmanlarda, pərli qarışdırıcılarda yaxud xüsusi maşınlarda fasiləsiz 
olaraq narın üyüdürlər. Bu cür əldə edilmiş kütləni (50

65 % 
nəmlikli) ələklərdən keçirib şliker alırlar. 
Keramik kütlənin şliker üsulu ilə hazırlanması xammalın 
tərkibində olan daş qatışıqlarını tam kənar etməyə və gilin quruluşunu 
daha çox dağıtmağa imkan verir. Bunun da nəticəsində daha bircinsli 
kütlə alınır. Odur ki, bu üsulla əldə edilmiş şliker kütləsindən tökmə 
üsulu ilə mürəkkəb formalı məmulat hazırlanır.
Şliker kütləsindən fasad üçün üzlük tavacıqlar (tökmə üsulu 
ilə), sanitar-texniki məmulat və pres-ovuntu hazırlanır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin