N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə2/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   104
N. M. A AB yli

 
 




I FƏSIL 
INŞAAT MATERIALLARININ ƏSAS 
XASSƏLƏRI 
§ 1. Ümumi məlumat 
Tikinti üçün üçün bu və ya digər materialın yararlığını müəy-
yən etməkdən ötrü onun xassələrini bilmək lazımdır. 
Inşaat materiallarının əsas xassələri aşağıdakı qruplara 
bölünür: fiziki, kimyəvi, mexaniki və texnoloji xassələr. 
Fiziki xassələr – materialın fiziki halını (faza halını, sıxlığını, 
quruluşunu), eləcə də onun ətraf mühitin fiziki proseslərinə olan 
münasibətini müəyyən edir.
Kimyəvi xassələr – materialın, onu əhatə edən aqressiv mühit-
lə (turşularla, qələvilərlə, duzların məhlulları ilə ) qarşılıqlı kimyəvi 
əlaqəsini xarakterizə edir. 
Mexanik xassələr – materialın xarici qüvvələrin təsiri nəticə-
sində onda yaranan gərginliyə və deformasiyaya qarşı müqavimət gös-
tərmək qabiliyyətini müəyən edir.
Texnoloji xassələr – materialın emal olunma qabiliyyətini 
(ondan məmulatlar hazırladıqda) müəyyən edir. 
Materialların sınanılması laboratoriyada, çöl şəraitində, isteh-
salatda standartlar üzrə aparılır və sınaq zamanı onların xassələri ədədi 
göstəricilərlə xarakterizə edilir. Bu göstəricilər materialların 
keyfiyyətinin ən mühüm meyarıdır.
 
§ 2. Materialların tərkibi, quruluşu və rabitə formaları 
Inşaat materialı kimyəvi, mineral və faza tərkibi ilə xarakteri-
zə edilir. 
Kimyəvi tərkib materialın bir sıra xassələri: odadavamlılığı, 
bioloji davamlılığı, mexaniki və digər texniki xassələri haqqında fikir 




söyləməyə imkan verir. Mineral yapışdırıcı maddələrin və daş ma-
terialların kimyəvi tərkibini, onlarda olan oksidlərin miqdarı ilə (%-lə) 
ifadə etmək daha əlverişlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin