N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   104
N. M. A AB yli

Sukeçirmə. Materialın təzyiq altında öz qalınlığından su bu-
raxması qabiliyyətinə sukeçirmə deyilir. 
Sukeçirmə filtrasiya (süzülmə) əmsalı ilə xarakterizə olunur.
Səthlərindəki təzyiqlər fərqi 1 m su sütunu olmaq şərti ilə qa-
lınlığı 1 m, sahəsi 1 m
2
olan materialdan 1 saat ərzində keçən suyun 
miqdarına filtrasiya əmsalı  deyilir: 
.
)
(
2
1
t
p
p
S
a
V
K
su
f



Burada K
f
 

filtrasiya əmsalı, m/saat; V
su
 

materialdan keçən suyun miq-
darı, m
3
;

materialın qalınlığı, m;

materialın səthinin sahəsi, m
2



su keçən 
müddət, saat; 
2
1
p
p


materialın səthlərindəki təzyiqlər fərqidir, m ilə su sütunu. 
Materialın sukeçirmə qabiliyyəti onun sıxlığından və qurulu-
şundan asılıdır. Çox sıx materiallar, məsələn, şüşə, bitum, polad və 
bəzi plastik kütlələr su keçirməyən materiallardır.
Hidroizolyasiya və damüstü materiallar üçün sukeçirmənin 
böyük əhəmiyyəti vardır. 

Sukeçirməzlik. Materialın verilmiş sabit təzyiq altında öz 
qalınlığından su keçirməmək qabiliyyətinə sukeçirməzlik deyilir.
Materialın sukeçirməzliyi marka ilə xarakterizə olunur. 
Məsələn, hidrotexniki betonların sukeçirməzliyinə görə aşağıdakı mar-
kaları vardır: W 2, W 4, W 6, W 8 və W 12. Markalardakı rəqəmlər 
silindr formalı beton nümunələrin 180 gün müddətində neçə atmosfer 
təzyiq altında su keçirmədiyini göstərir. 
Hidroizolyasiya və kipləşdirici materiallar yüksək sukeçirməz-
liyə malikdir.
Hidrotexniki tikililərin, rezervuarların, kollektorların, zirzəmi 
divarlarının tikintisi zamanı sukeçirməzliyə qarşı müəyyən tədbirlər 
həyata keçirilir. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin