5
5
Materialın tərkibinə daxil olan kristallik maddələrin hissəcik-
ləri arasında olan rabitələri üç əsas tipə bölürlər: ion, kovalent və
metal rabitəsi.
Ion rabitəsi – elektronun bir atomdan başqa atoma keçməsi
nəticəsində əmələ gələn rabitədir. Gips və anhidritdə bu tip rabitə var-
dır. Onların möhkəmliyi və bərkliyi azdır; suya davamlı deyildir.
Kovalent rabitə – adətən, elektron cütü ilə yaranır və başlıca
olaraq, qeyri-metal atomları arasında əmələ gəlir.
Kovalent rabitəli materiallar çox yüksək mexaniki möhkəmli-
yi və bərkliyi ilə fərqlənir.
Metal rabitəsi – eyni adlı atomlar arasında əmələ gəlir. Bu ra-
bitəni müxtəlif metallar arasında müqayisə etdikdə aydın olur ki, bir
valent elektronun yaratdığı rabitə kristal
qəfəsin bir neçə mərkəzi
arasında paylandığı üçün zəif olur. Bunun nəticəsidir ki,
qələvi
metalların ərimə və qaynama temperaturu yüksək olmur.
§ 3. Materialların fiziki xassələri
Həqiqi sıxlıq. Materialın tamamilə sıx halda (məsamələrsiz)
vahid həcminin kütləsinə həqiqi sıxlıq deyilir.
Onu təyin etmək üçün
materialın kütləsini (
m) sıx haldakı həcminə (
V
s
) bölürlər:
=
m/
V
s
kq/m
3
.
Bəzi inşaat materiallarının həqiqi sıxlığının qiymətləri belədir:
poladınkı 7800 – 7900, portlandsementki 2900 – 3100, kvars
qumunku 2600 – 2700, şüşənki 2650 – 2700, əhəngdaşınkı – 2600 –
2700, oduncağınkı isə 1530 – 1540 kq/m
3
-dur.
Orta sıxlıq
. Materialın təbii halda, yəni məsamələri ilə bir-
likdə vahid həcminin kütləsinə
orta sıxlıq deyilir. Hər bir materialın
orta sıxlığını hesablamaq üçün onun kütləsini (
m) təbii haldakı həc-
minə (
V) bölürlər:
o
=
m/
V kq/m
3
.
Eyni kütləyə malik olan materialın məsaməli haldakı həcmi
sıx haldakı həcmindən böyük olduğu üçün məsaməli materialların orta
Бу термин яввялляр щяжм кцтляси адландырылырды. Китабда
бундан сонра бу термин садяжя олараг, «сыхлыг» адландырылажаг.
6
6
sıxlığı onun həqiqi sıxlığından az olacaqdır. Məsələn, balıqqulağılı
əhəngdaşının orta sıxlığı 1500
1800 kq/m
3
, həqiqi sıxlığı isə
2600
2700 kq/m
3
-dur.
Bir sıra mütləq sıx materialların (şüşə, polad, mayelər)
həqiqi
sıxlığı ilə orta sıxlığının qiymətləri praktiki olaraq eyni olur.
Dostları ilə paylaş: