N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə14/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   104
N. M. A AB yli

Əyilmədə möhkəmlik həddi (R
əy
, MPa) prizma formalı 
tircikləri iki dayaq üzərində yerləşdirib, bir və ya iki topa qüvvə ilə 
əyilməyə sınamaqla təyin edilir. Bu zaman əyilmədə möhkəmlik həddi 
materiallar müqavimətində müəyyən edilmiş düstur vasitəsilə 
hesablanır: 
R
əy
/W
burada 

əyici moment, Nm; W 

müqavimət momentidir, m
3

Bu düsturda M W-nin qiymətlərini yerinə qoymaqla 
düzbucaqlı en kəsikli nümunə üçün gərginlik düsturları belə ifadə 
olunacaqdır: 
bir topa yük təsir etdikdə 
R
əy 
3Fl /2bh
2
,
iki topa yük təsir etdikdə isə 
R
əy
3F(l

a)/ bh
2
.
Burada 

dayaqlar, isə yüklər arasındakı məsafədir, m 
Materialları əyilməyə sınadıqda çox vaxt dağılma nümunənin 
aşağı zonasında 

dartılma zonasında başlayır, çünki bir çox 
materialların (polad və ağacdan başqa) dartılmada möhkəmliyi 
sıxılmada möhkəmliyindən azdır. 
Cədvəl 1.1-də bəzi inşaat materiallarının əyilmədə möhkəmlik 
hədlərinin qiymətləri verilmişdir. 

Konstruktiv keyfiyyət əmsalı 

materialın möhkəmliyinin 
nisbi sıxlığına olan nisbətidir: 
k.k.ə. R /d
Bu əmsal materialın vahid nisbi sıxlığına düşən möhkəmliyini 
ifadə edir. Bəzi inşaat materiallarının konstruktiv keyfiyyət əmsalları 
belədir : şüşə plastiki üçün 450:2 = 225MPa, ağac üçün 

100:0,5 = 
200 MPa, yüksək möhkəmlikli polad üçün 

1000:7,85 = = 127 MPa, 
adi poladlar üçün 

390:7,85 = 51 MPa. 
Bu misallardan görünür ki, lifli quruluşlu materiallar, məsələn, 
ağac, konstruktiv keyfiyyət əmsalına görə əksər inşaat material-
larından, o cümlədən, poladdan da yüksək keyfiyyətlidir.


18 
18 
Bərklik. Materialın ona daxil olan digər daha bərk materiala 
müqavimət göstərmək qabiliyyətinə bərklik deyilir. 
Plastik materialların bərkliyini təyin etmək üçün bir neçə 
üsullar mövcuddur. Bu üsullardan ən çox yayılanı Brünel üsulu ilə 
bərkliyin təyinidir. Bu üsulda metal nümunəsinin səthinə termik 
möhkəmləndirilmiş poladdan hazırlanan müəyyən diametrli (2,5; 5 
yaxud 10 mm) kürəni press vasitəsilə basırlar. Kürəciyə tətbiq olunan 
yükün kürənin nümunənin səthində açdığı izin sahəsinə olan nisbətinə 
Brünelə görə bərklik ədədi deyilir. Bu ədəd HB ilə işarə edilərək, 
aşağıdakı düsturla hesablanır: 
HB F/

Dh
Burada 

yük, kQ (3000, 1000 və 250 kQ götürülə bilər); 

kürənin dia-
metri, mm; 

kürənin batma dərinliyidir, mm. 
Brünel üzrə bərklik ədədi qalay üçün 5, alüminium üçün 20, 
Ct 3 markalı polad üçün 125, volfram üçün isə 290-dır.
Ağac, beton və plastik kütlələrin bərkliyi də polad kürənin 
batma dərinliyinə əsasən təyin edilir. 
Daş materialların bərkliyi bərklik şkalası 

Moos şkalası üzrə 
təyin edilir ( cədvəl 1.2). Bu şkalada 10 ədəd mineral elə yerləş-
dirilmişdir ki, sonrakı mineral əvvəlki mineralın üzərində cızıq çəkə 
bilir. 
Materialın bərkliyi həmişə onun möhkəmliyinə uyğun gəlmir. 
Məsələn, ağac materialların dartılmada və sıxılmada müqaviməti çox 
yüksəkdir, lakin bərkliyi çox azdır, yəni yumşaq materialdır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin