N. M. AĞABƏyli


§ 6. Materialların xassələrinin müasir üsullarla tədqiqi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə17/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   104
N. M. A AB yli

 
§ 6. Materialların xassələrinin müasir üsullarla tədqiqi 
Inşaat materiallarının bir çox xassələrinin tədqiqi, onlardan 
hazırlanan nümunələrin dağıdılması ilə yerinə yetirilir. Bu cür sı-
namanı, xüsusilə material və məmulat konstruksiyada olduqda, təşkil 
etmək çətin və alınan nəticələr qeyri-obyektiv olur.
Son zamanlar müasir tətbiqi fizikanın (radiotexnika, radio-
elektronika, akustika, radiometriya və s.) nailiyyətlərinə əsaslanan 
yeni sınaq üsulları işlənib hazırlamışdır. Həmin üsullarla materialın 
xassələri onu dağıtmadan, yəni adestruktiv üsulla müəyyən edilir. 


21 
21 
Fiziki üsullarla sınamaya impulslu ultrasəs, rezonans, radio-
metrik və s. üsullar aiddir. 
Impulslu ultrasəs üsulu. Bu üsulun mahiyyəti ultrasəs dalğala-
rının materialda yayılma sürətinin (v) təyinindən ibarətdir. Bundan 
ötrü ultrasəs defektoskopundan istifadə edilir. Bu cihazın akustik 
parametri ultrasəs dalğalarının materialda yayılması sürətidir ki, bu da, 
materialın möhkəmliyindən asılıdır. Ultrasəsin yayılma sürəti (v, 10
-3
m/san) aşağıdakı düsturla təyin edilir: 
v = l/t
burada l 

ölçü bazası (materialın qalınlığı), m; t 

ultrasəs impulsunun materialda 
yayılma müddətidir, mikrosaniyə (10
-6
san). 
Impulslu ultrasəs defektoskopu materialın tərkibində boşluq 
və ya çat olduğunu da müəyyən edir. 
Rezonans üsulu. Bu üsulun mahiyyəti dinamik elastiklik mo-
dulunun təyinindən ibarətdir. Bunun üçün iki dayaq üzərində bərki-
dilmiş material nümunəsində xüsusi cihazla səs dalğaları törədilir. Bu 
dalğaları qəbuledicinin sivri iynəsi qəbul edir və elektrodinamik 
ucadanışan ilə elastik səs dalğalarına çevirir. Rezonans momenti 
ossiloqraf ekranında qeydə alınır və bunun da əsasında materialın 
dinamik elastiklik modulu (E
d
, N/m
2
) aşağıdakı düsturla hesablanır: 
E
d
= 4l
2

2


burada l 

nümunənin uzunluğu, m; f 

nümunənin uzununa rezonans tezliyi, Hs;


nümunənin sıxlığıdır, kq/m
3

Radiometrik üsul. Bu üsulla materialları sınamaq üçün 

və 
rentgen şüalarından istifadə olunur. Həmin şüalar vasitəsilə əvvəlcə 
materialın sıxlığı, sonra isə sıxlıqdan asılı olaraq möhkəmliyi təyin 
edilir. 
Tikintidə tətbiq olunan radioizotop cihazlarda 

  şüaları mən-
bəi kimi kobalt

60 (Co
60
) və sezium (Cs
137
) radioizotoplarından 
istifadə edilir.
Tədqiq olunan materialdan 

şüaları keçdikdə onlar zəifləyir. 
Bu zəifləmə eksponensial qanun üzrə baş verir və belə ifadə olunur: 
I
0

e
-

 h 

 


22 
22 
Burada I 

qalınlığı h olan materialdan keçən 

 şüalarının intensivliyi, Vt/m
2
; I



şüalarının başlanğıc intensivliyi, Vt/m
2




kütləyə görə zəifləmə
əmsalə, kq/m
2


 

tədqiq olunan materialın sıxlığıdır, kq/m
3

Yuxarıdakı düsturdan materialın sıxlığı hesablanır: 

 = (lnI
0
 

lnI)


 h . 
Beləliklə, materialdan keçən 

şüalarının zəifləməsinə əsasən 
materialın sıxlığı təyin edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin