N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   104
N. M. A AB yli

Andezit tərkibinə görə dioritə oxşayır. Rəngi açıq bozdan tünd 
boza qədər dəyişir. Sıxlığı 2800

2900 kq/m
3
, sıxılmada möhkəmlik 
həddi 120

240 MPa-dır. Turşu tərkibli sıx andezitlər inşaatda üzlük 
tavaları kimi və turşuyadavamlı betonda qırmadaş kimi işlənir. 
Andezitin bəzi növləri məsaməli olur.
Diabaz qabroya oxşar süxurdur. Rəngi tünd yaşıldan qaraya qə-
dər dəyişir. Sıxlığı 2800

3000 kq/m
3
-dur. Xırda dənəli diabazın
sıxılmada möhkəmlik həddi 300

400 MPa-dır. Çox bərk süxurdur. 
Yaxşı pardaqlanır. Sürtülməyə qarşı müqaviməti yüksək olduğu üçün 
əsasən, yol örtüyü materialı kimi işlədilir.


32 
32 
Bazalt kimyəvi tərkibinə görə qabro ilə eynidir. Soyuma şə-
raitindən asılı olaraq bazaltın quruluşu kristal şüşə kimidir. Tünd boz 
və qara rəngdə olur. Ağır süxurdur. Sıxlığı 2700

3300 kq/m
3
-dur. 
Bazaltın sıxılmada möhkəmliyi 500 MPa-a qədər olur. Bazaltın çatları 
məsamələri olduqda, onun möhkəmliyi kəskin surətdə azalır və 
bəzən 100 MPa-a enir. Çox bərk və kövrək süxur olduğundan çətin 
emal edilir. Bazalt, başlıca olaraq, yol örtüyü materialı kimi, beton 
işlərində isə doldurucu kimi istifadə edilir. 
Tökmə daşların istehsalında bazaltdan xammal kimi istifadə 
edilir. 
Səpinti və sementləşmiş süxurlar 
Bu süxurlar vulkan püskürməsi zamanı ətrafa çökmüş və se-
mentləşmiş lava hissəcikləridir. Onları səpinti (vulkan külü, vulkan 
qumu, pemza) və sementləşmiş (tuf lavası və vulkan tufu) süxurlara 
bölürlər. 
Vulkan külü vulkan püskürməsi zamanı xırda lava hissəciklə-
rinin tez soyumasından əmələ gələn tozdur. Kül hissəciklərinin öl-
çüləri 0,1

0,2 mm olur. Rəngi bozdan qaraya qədər dəyişir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin