29
29
rindəki şəraitə uyğun olduğundan soyuma sürətlə getmiş və dənələr
əmələ gələ bilməmişdir. Ona görə də tökülmüş süxurlar gizli kristallik,
yaxud şüşəyəbənzər (porfir) quruluşlu olur.
Qırıntı süxurları vulkan püskürmələri zamanı ətrafa atılan
lava parçalarının tez soyumasından əmələ gəlmişdir.
Bu süxurlar
səpinti və sementləşmiş süxurlara bölünür.
Dərinlik (intruziv) süxurları
Inşaatda istifadə olunan əsas dərinlək süxurlarına qranit, siyenit,
diorit və qabro aiddir.
Qranit yer qabığında ən çox yayılmış püskürülmüş süxurdur.
Tərkibi 60
65 % çöl şpatından (əsasən ortoklazdan), 25
30 %
kvarsdan və 5
10 % slüdadan (əsasən biotitdən) ibarətdir.
Qranitin sıxlığı 2600
2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi
isə 120
250 MPa, bəzən isə 300 MPa-a qədər olur. Dartılmada möh-
kəmlik həddi sıxılmada möhkəmlik həddindən 40
60 dəfə azdır.
Dənələrin ölçüsündən asılı olaraq qranit üç növə bölünür: xırda dənəli,
orta dənəli və iri dənəli. Xırda dənəli qranit mexaniki təsirlərə çox
davamlı olmaqla, sürtülmə zamanı bərabər yeyilir və aşınmaya
davamlı olur.
Inşaatda, hidrotexniki və sanitar-texniki tikililərdə
qranitdən üzlük materialı kimi geniş istifadə edilir. Qranitdən hazırlan-
mış qırmadaşdan yüksək möhkəmlikli və şaxtayadavamlı betonlar
hazırlanır.
Siyenit xarici görünüşcə qranitə oxşayır, lakin rəngi tünddür və
dənəvər quruluşu qranitə nisbətən az seçilir. Tərkibi 80
85 % çöl
şpatlarından və 10
20 % tünd rəngli minerallardan ibarətdir. Siyenitdə
kvarsın miqdarı çox az (0
5 %) olur. Kvarsın miqdarı artdıqca (10
20
%-ə qədər) o, qranitə keçir. Qranitlə siyenit arasında (kvarsın
miqdarından asılı olaraq) orta bir yer tutan süxur vardır ki, buna
qranosiyenit deyilir.
Siyenit möhkəmliyinə görə qranitə yaxındır, lakin aşınmaya
qarşı ona nisbətən az davamlıdır. Rəngi çəhrayı, qırmızı, açıq boz və
ağ olur. Siyenitin sıxlığı 2500
2800 kq/m
3
, sıxılmada
möhkəmlik
həddi isə 150
250 MPa-dır. Qranitə nisbətən asan emal olunur. Tətbiq
sahələri qranitdə olduğu kimidir.
30
30
Diorit, əsasən 50
60 % çöl şpatından (plagioklazdan) və 30
35
% hornblenddən ibarətdir. Onun tərkibində 10 %-ə qədər kvars ola
bilər. Rəngi boz, tünd boz və çox zaman yaşılımtıl boz olur.
Dioritin sıxlığı 2700
2900 kq/m
3
, sıxılmada möhkəmlik həddi
isə 150
300 MPa-dır. Xüsusən, xırda dənəli diorit daha möhkəm olur.
Onlardan üzlük tavaları və sürtünmə təsirinə mə’ruz qalan məmulatlar
hazırlanır.
Tərkibinə
görə həm qranitə, həm də dioritə yaxın olan süxura
qranodiorit deyilir. Azərbaycanda Kiçik Qafqaz dağlarının Gədəbəy
ərazisində qranodiorit yataqları vardır.
Dostları ilə paylaş: