33
33
tras adlanan süxurdur. Azərbaycanda Tovuz rayonu ərazisində tras
yatağı vardır.
Vulkan tufundan (üyüdülmüş halda) aktiv
hidravlik əlavə kimi
istifadə edilir.
§5. Çöküntü süxurları
Yer qabığının 10 %-i çöküntü süxurlarının payına düşür. Müx-
təlif növ püskürülmüş süxurların parçalanmasından çöküntü süxurları
meydana gəlir.
Püskürülmüş süxurlar aşınma nəticəsində dağılır. Aşınmaya sə-
bəb olan əsas amillər isə su, külək və temperatur dəyişmələridir.
Fiziki proseslər nəticəsində iri daş parçalarından çaydaşı, on-
ların kiçik hissələrindən təbii qırmadaş, daha xırda hissələrindən isə
qum, başlıca olaraq, kvars qumu əmələ gəlir.
Aşınma, təkcə mexaniki
təsirlərin nəticəsində deyil, həmçinin
kimyəvi amillərin təsirindən də baş verir. Belə ki, çöl şpatları suyun və
havada olan karbon qazının təsiri zamanı kaolinitə çevrilir:
K
2
O
Al
2
O
3
6SiO
2
+ CO
2
+ nH
2
O = Al
2
O
3
2SiO
2
2H
2
O + K
2
CO
3
+
(ortoklaz) (kaolinit) (potaş)
+ 4SiO
2
mH
2
O
(opal)
Dağılma məhsullarının çökməsi və yığılması nəticəsində çökün-
tü süxurları əmələ gəlir.
Əmələgəlmə şəraitindən asılı olaraq çöküntü süxurları üç növə
bölünür:
mexaniki çöküntülər, kimyəvi çöküntülər və orqanogen
süxurlar.
Mexaniki çöküntülər
Püskürülmüş və metamorfik süxurların aşınma məhsulları olan
mexaniki çöküntülər iki növə bölünür: səpinti və sementləşmiş
süxurlar.
Dostları ilə paylaş: