N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   104
N. M. A AB yli

Səpinti süxurları dağ (qaya) süxurlarının aşınma məhsullarıdır. 
Bu süxurlara dənəvər və gilli süxurlar aiddir.
Dənəvər süxurlar dənələrin ölçülərindən asılı olaraq, aşağıdakı 
növlərə bölünür: çay daşı, çınqıl, qum. 


34 
34 
Çay daşı ölçüləri 150 mm və daha çox olan dəyirmi formalı də-
nəvər süxurdur. Bu daşdan yolların, həyətlərin, yamacların, küçələrin 
döşənməsində və habelə qırmadaşların hazırlanmasında istifadə edilir. 
Çınqıl ölçüləri 5 mm-dən 150 mm-ə qədər olan hamar üzlü də-
nəvər süxurdur.O, betonların hazırlanmasında iri doldurucu kimi 
işlədilir. 
Qum ölçüləri 0,14 mm-dən 5 mm-ə qədər olan dənəvər süxur-
dur. Inşaat məhlullarının və betonların hazırlanmasında, şüşə is-
tehsalında, əsasların, yol örtüklərinin düzəldilməsində və s. bu kimi 
məqsədlər üçün tikintidə qumdan geniş istifadə edilir. 
Gilli süxurlar ən çox yayılmış çöküntü süxurları olub, tərkibi 
0,01

0,001 mm və daha kiçik ölçülü hissəciklərdən ibarətdir. Onlar 
müxtəlif mineral tərkibli olur. Gilli süxurların tərkibində kvars, çöl 
şpatları, slüdalar və eləcə də hidrooksidlər, karbonatlar, sulfatlar və 
digər minerallar ola bilər. Gilli süxurlardan kaolinit, montmorillonit və 
polimikt gilləri daha geniş yayılmışdır. 
Sementləşmiş süxurlar səpinti çöküntü süxurlarının müxtəlif 
təbii yapışdırıcı maddələrlə (gil, silisium oksidi, əhəng və s.) sement-
ləşməsindən (yapışmasından) əmələ gəlmişdir. Bu süxurlardan inşaat 
üçün ən əhəmiyyətli olanları qumdaşı, konqlomerat və brekçiyadır. 
Qumdaşı təbii sementləyici maddə ilə yapışmış xırda mineral 
dənələrindən ibarət süxurdur. O, adətən, kvars (qum) dənələrindən 
ibarət olur. Sementləyici maddənin növündən asılı olaraq gilli qum-
daşı, əhəngli qumdaşı, silisiumlu qumdaşı və s. qumdaşı növləri 
vardır.
Inşaatda çox vaxt silisiumlu və əhəngli qumdaşları tətbiq olu-
nur. Bunlar silisium oksidi və kalsitlə sementləşmiş daşlardır. Si-
lisiumlu qumdaşı çox möhkəmdir və sıxılmada möhkəmlik həddi 250 
MPa-a çatır. Qumdaşıların bərkliyinin yüksək olması onların mexaniki 
emalını çətinləşdirir. Sıxlığı 2500

2800 kq/m
3
-dur. 
Konqlomerat dəyirmi çınqıl dənələrinin bir yerdə təbii se-
mentləyici maddə (əhəng, gil, dəmir, silisium, mergel və s.) ilə ya-
pışmasından əmələ gələn süxurdur. Konqlomerat eyni tərkibli yaxud 
müxtəlif tərkibli süxurların çınqılından ibarət ola bilər. 
Brekçiya iti bucaqlı müxtəlif süxur qırıntılarının bir yerdə təbii 
sementləyici maddə ilə yapışmasından əmələ gəlmişdir. Beləliklə, 
brekçiya ilə konqlomerat bir-birindən, onları təşkil edən süxur 


35 
35 
qırıntılarının forması ilə fərqlənir. Odur ki, onlar təxminən eyni xassəli 
süxurlardır. Rəngləri ala-bəzək olur. 
Konqlomerat və brekçiyadan betonlar üçün doldurucular, ədədi 
daşlar və üzlük tavaları hazırlanır. 
Kimyəvi çöküntülər 
Kimyəvi mənşəli çöküntü süxurları sulu məhlullardan mineral 
maddələrin çökməsi (su hövzələrinin quruması zamanı) və sonradan 
onların sıxlaşması və sementləşməsi nəticəsində əmələ gəlmişdir. 
Inşaatın ayrı-ayrı sahələrində tətbiq olunan kimyəvi çöküntü sü-
xurları üç qrupa bölünür: karbonat, sulfat və allit süxurları. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin