N. M. AĞABƏyli


§ 5. Materialların kimyəvi xassələri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   104
N. M. A AB yli

 
§ 5. Materialların kimyəvi xassələri 
Materialların kimyəvi xassələri onların təmasda olduğu mad-
dələrin təsiri altında yaxud fiziki şəraitin (temperaturun, günəş ra-
diasiyasının və s.) dəyişmələri zamanı kimyəvi çevrilmələrə məruz 
qalması ilə xarakterizə olunur. 
Materialların kimyəvi xassələrinə, ilk növbədə, həllolma, kris-
tallaşma, istilikayırma və istilikudma, korroziyayadavamlılıq aiddir. 
Həllolma 

 materialın maye ilə bütün kütləsi üzrə eyni kimyə-
vi tərkibə və fiziki xassələrə malik bircinsli sistem əmələ gətirməsidir. 
Müxtəlif materiallar müxtəlif cür həll olur. Məsələn, 18
0

temperaturlu 1 l suda 2 q təbii gips daşı (CaSO
4

2H
2
O), 10 q inşaat 
gipsi (CaSO
4

0,5H
2
O), 1,3 q sönmüş əhəng [Ca(OH)
2
] həll ola bilər. 


20 
20 
Kristallaşma 

maddənin (materialın) bir fiziki (maye) hal-
dan digər fiziki (bərk) hala keçdikdə kristallar əmələ gətirmə xassəsi-
dir. 
Istilikayırma və istilikudma 

materialın kimyəvi reaksiyala-
rın gedişi zamanı meydana çıxan xassəsidir. Istiliyin ayrılması ilə ge-
dən reaksiyalar ekzotermik reaksiyalar, istiliyin udulması ilə gedən 
reaksiyalar isə endotermik reaksiyalar adlanır. Uzun müddət davam 
edən reaksiyalarda ayrılan yaxud udulan istiliyin miqdarı müəyyən 
müddət üçün təyin edilir. Məsələn, 28 gün bərkimə müddətində 1 kq 
alüminat sementi ilə su arasında gedən reaksiya nəticəsində 500 kC, 1 
kq portlandsementdə isə 380 kC istilik ayrılır. 
Korroziyayadavamlılıq 

materialın aqressiv mühitin təsirinə 
müqavimət göstərmək qabiliyyətidir.
Materialı təşkil edən maddələrlə qarşılıqlı təsir zamanı onun 
xassələrini dəyişən, möhkəmliyini azaldan və konstruksiyanın 
vaxtından əvvəl dağılmasına səbəb olan mühitə aqressiv mühit deyilir. 
Portlandsementdən hazırlanan betona tərkibində sulfatlar, yaxud 
sərbəst turşu olan sular təsir etdikdə o dağılır. Tərkibində nəm, 
xüsusən kükürd qazı (SO
2
) olan hava metalın korroziyaya uğramasına 
(paslanmasına) səbəb olur. 
Metallar və ərintilər elektrik cərəyanı keçirməyən mühitlərin, 
məsələn, qazların (yüksək temperaturda), neft və neft məhsullarının, 
həmçinin elektrik cərəyanı keçirən mühitlərin 

duzların sulu 
məhlullarının, turşuların, qələvilərin təsirindən korroziyaya uğrayır. 
Metalların birinci növ korroziyası kimyəvi, inşaat konstruksiyalarında 
daha çox təsadüf olunan ikinci növ korroziya isə elektrokimyəvi 
korroziya adlanır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin