N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə3/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   104
N. M. A AB yli

Mineral tərkib yapışdırıcı maddədə, yaxud daş materialında 
hansı mineralların və bu mineralların nə qədər olduğunu göstərir. 
Məsələn, portlandsementin klinkerinin tərkibində üç kalsiumlu silikat 
(3CaO∙SiO
2
) 45-60 % miqdarında olur və bu mineralın miqdarı həmin 
qiymətdən çox olduqda sementin bərkiməsi tezləşir, sement daşının 
möhkəmliyi artır.
Faza tərkibi. Materialın faza tərkibi və onun məsamələrində 
olan suyun faza çevrilmələri materialın bütün xassələrinə təsir göstə-
rir. Hər bir material bərk maddədən və məsamələrdən ibarətdir. Bərk 
maddə məsamələrin divarcıqlarını əmələ gətirir, məsamələr isə hava 
və su ilə dolmuş olur. Məsamələrdəki su donaraq buza çevrilir və 
materialın mexaniki və istilik xassələrini dəyişdirir. Məsamələrdə 
donmuş su həcmcə genişlənərək materialda daxili gərginliklər yaradır, 
təkrar donma və donu açılmalar zamanı bu gərginliklər materialın 
möhkəmliyini azaldır, bəzi hallarda isə onun dağılmasına səbəb olur.
Inşaat materialının xassələrinin öyrənilməsində onun qurulu-
şunun böyük əhəmiyyəti vardır.
Materialların üç növ quruluşu ayırd edilir: makroquruluş, mik-
roquruluş və maddənin daxili quruluşu (ultra mikroquruluş). 
Makroquruluş – materialın gözlə görünən quruluşudur. Bərk 
inşaat materiallarının makroquruluşu aşağıdakı tipdə: konqlomerat 
(betonlar), çoxməsaməli (köpüklü və qazlı betonlar), xırda məsaməli 
(yüngül inşaat kərpici), laylı (ağac, şüşə plastiklər) və dənəvər (betolar 
üçün doldurucular) quruluşlu ola bilər. 
Mikroquruluş – materialın mikroskop altında görünən quru-
luşudur. Materialı əmələ gətirən maddə kristallik və amorf formada 
ola bilər. Əksər hallarda kristallik və amorf forma eyni maddənin 
müxtəlif hallarıdır. Kristallik forma həmişə daha dayanıqlı olur. 
Maddənin amorf forması daha dayanıqlı kristallik formaya keçə bilər. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin