N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   104
N. M. A AB yli

Suyadavamlılıq. Su ilə doydurulmuş materialın əsas fiziki-
mexaniki xassələrini saxlaması qabiliyyətinə suyadavamlılıq deyilir. 
Materialın bu xassəsi sıxlıq və məsamələrin quruluşu ilə əlaqədardır. 
Bir sıra materiallar su ilə doymuş halda möhkəmliyini artırır (sement, 
beton), digər materiallar isə əksinə, möhkəmliyini azaldır (gips 
materialları). 
Materialların suyadavamlılığı kəmiyyətcə yumşalma əmsalı 
ilə xarakterizə olunur. 
Su ilə doydurulmuş materialın möhkəmliyinin (R
su
) quru hal-
dakı möhkəmliyinə (R
q
) olan nisbətinə yumşalma əmsalı deyilir və 
aşağıdakı düsturla hesablanır: 
K
y
R
su
/R
q





Bu əmsalın qiyməti suda yumşalan materiallar üçün (gil) sıfra, 
tamamilə sıx materiallar üçün (metal, şüşə) isə vahidə bərabərdir. 
Yumşalma əmsalı 0,8-dən kiçik olan materialları suda və nəm yerdə 
olan konstruksiyalarda işlətmək olmaz. 
Yumşalma əmsalı 0,8-dən böyük olan materiallara suyada-
vamlı materiallar deyilir. 

Şaxtayadavamlılıq. Su ilə doydurulmuş materialın dəfələrlə 
dondurulmağa və donu açılmağa davam gətirmə qabiliyyətinə 
şaxtayadavamlılıq deyilir. Məlumdur ki, su donduqda həcmi təqribən 
9% artır. Suyun həcminin ən böyük artımı 

4
0
S temperaturda, yəni o 
buza çevrildikdə baş verir. Lakin materialları laboratoriyada şaxtaya-
davamlılığa sınadıqda temperaturu mənfi 15

17
0
S götürürlər. Buna 
səbəb suyun xırda kapilyaralarda 

10 
0
S temperaturdan aşağı tempera-
turda donmasıdır. 
Materialların şaxtayadavamlılığı onların sıxlığından və məsa-
mələrin su ilə doyma dərəcəsindən asılıdır. Sıx materiallar şaxtaya-
davamlıdır. Məsaməli materiallarda su daxil ola bilən açıq məsa-
mələrin həcmcə 90 %-ə qədəri su ilə dola bilərsə, onda onları şax-
tayadavamlı hesab etmək olar. Əgər materialın bircinsli olmaması və 
suyun məsamələrdə bir bərabərdə yerləşməməsi (materialdakı su daha 
soyuq zonaya hərəkət edir) nəzərə alınarsa, açıq məsamələrin 80 %-ə 
qədərinin su ilə dolmasını təhlükəsiz hesab etmək olar. Beləliklə, 
şaxtayadavamlı materiallar üçün həcmə görə suhopma açıq 
məsaməliliyin (R
a
) 80%-dən az olmalıdır: 
W
h

0,8 P
a
. 
Müəyyən dəfə dondurulduqdan və donu açıldıqdan sonra ma-
terialda çat əmələ gəlmədikdə və kütləsi 5%-ə qədər azaldıqda o, şax-
taya davamlı hesab edilir. Bununla bərabər sınaq zamanı nümunələrin 
möhkəmliyi 
15

25 
%-dən 
çoz 
azalmamalıdır. 
Materialın 
şaxtayadavamlılığı kəmiyyətcə şaxtayadavamlılığa görə marka ilə 
qiymətləndirilir. Inşaat materiallarının şaxtayadavamlılığa görə mar-
kaları belədir: yüngül betonlar, kərpic, keramik daşlar (xarici divar-
larda işlədilən) üçün 

F 15; F 25; F 35; körpü və yol tikintilərinin 
betonu üçün 

F 50; F 100 və F 200; hidrotexniki beton üçün isə F 
300.


10 
10 
Kamerada bir-iki dəfə dondurma və donu açılmanın materiala 
olan təsir effekti təbii atmosfer şəraitinin 3

5 il ərzində həmin 
materiala olan təsirinə bərabərdir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin