N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   104
N. M. A AB yli

 Tökmə sıxlıq. Dənəvər (sement, qum, çınqıl, qırmadaş, posa 
və s.) yaxud lifli (mineral pambıq, ağac lifləri və s.) materialın vahid 
həcminin kütləsinə tökmə sıxlıq deyilir. 
Materialın tökmə sıxlığını təyin etmək üçün onun kütləsini 
(m) boşluqları ilə birlikdə olan həcminə (V
t
) bölmək lazımdır: 

t
 m/V
t
  kq/m
3

Sıx əhəngdaşının həqiqi sıxlığı 2700 kq/m
3
, orta sıxlığı 2500 
kq/m

olduğu halda, ondan hazırlanmış qırmadaşın tökmə sıxlığı 1400 
kq/m
3
-dur. 
Materialın sıxlığından onun digər xassələri, məsələn, möh-
kəmliyi, istilikkeçirməsi xeyli dərəcədə asılıdır. Qızdırılan binalarda 
xarici divarların qalınlığını, inşaat konstruksiyalarının ölçülərini təyin 
etdikdə, materialların daşınması zamanı nəqliyyat vasitələrini hesab-
ladıqda və s. bu kimi mühəndis hesablamalarında materialların sıxlıq 
göstəricilərindən istifadə edilir. 

 Məsaməlilik. Materialın həcminin məsamələrlə dolma dərə-
cəsinə məsaməlilik deyilir. O, aşağıdakı düsturla hesablanır: 
= (1



/

)

100%. 
Materialda hava yaxud su ilə dolu xırda gözcüklərə məsamələr 
deyilir. Məsamələr açıq və qapalı, xırda və iri ola bilər. Hava ilə dolu 
xırda məsamələr materialın istilik-izolyasiya xassələrini yaxşılaşdırır. 
Məsaməliliyə əsasən materialın digər xassələri: sıxlığı, möhkəmliyi, 
suhopması, uzunömürlülüyü və s. xassələri haqqında müəyyən fikir 
söyləmək olar.
Dənəvər (lifli) materiallarda (qumda, çınqılda və s.) dənələr 
(liflər) arasındakı iri məsamələrə, yaxud bəzi material və məmulatlar-
da (keramik materiallarda, dəmib-beton panellərdə) olan texnoloji 
deşiklərə boşluq deyilir. 
Inşaat materialları və məmulatlarının boşluq göstəriciləri mə-
saməlilikdə olduğu kimi təyin edilir və bu göstəricilər geniş hədd 




daxilində dəyişir. Belə ki, qum və çınqılın boşluğu 35

45 %, deşikli 
kərpic və keramik daşlarınkı 

20

50 %, mineral və şüşə pambığınkı 
isə 85

95 % olur.

Nəmlik. Materialda olan suyun miqdarına nəmlik deyilir. 
Mütləq və nisbi nəmlik vardır. 
Mütləq nəmlik 

materialda olan suyun kütləsinin materialın 
mütləq quru haldakı kütləsinə olan nisbətdir: 
%,
100
0
0
1



m
m
m
w
м
burada m
1

nəm materialın kütləsi, q; m
0 

 mütləq quru materialın kütləsidir, q.
Nisbi nəmlik 

materialda olan suyun kütləsinin nəm materia-
lın kütləsinə olan nisbətidir: 
%.
100
1
0
1



m
m
m
w
n


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin