N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə39/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   104
N. M. A AB yli

Gilin xassələri. Keramika istehsalında gilin əsas xassələrinin:
plastikliyinin, yapışdırıcılıq qabiliyyətinin, yığışmasının, daş halına 
keçməsinin, odadavamlılığının və saxsılaşmasının böyük əhəmiyyəti 
vardır. 
Plastikliyi. Gili müəyyən miqdar su ilə qarışdırdıqda o, plastik-
lik və yapışdırıcılıq qabiliyyətinə malik olan xəmir əmələ gətirir. Gil 
xəmirinin xarici qüvvələrin təsiri altında çat əmələ gəlmədən öz for-
masını dəyişdirmək, qurudulma və bişirilmə zamanı həmin formanı 
saxlamaq qabiliyyətinə plastiklik deyilir. Müxtəlif keramik material
və məmulatları stehsal etdikdə gilin plastikliyinin böyük əhəmiyyəti 
vardır. 
Gilin plastikliyi onun mineral və dənəli tərkibindən, dənələrinin 
formasından, gil xəmirindəki suyun miqdarından və digər amillərdən 
asılıdır. 
Inşaat keramikasının istehsalında mötədil plastiklikli gillərdən 
istifadə edilir. Az plastiklikli gillər pis qəliblənir, yüksək plastiklikli 
gillər isə quruduqda çatlayır. Gillərin plastiklikliyini nizamlamaq üçün 
onlara yavanlaşdırıcı materiallar və plastikləşdirici əlavələr qatırlar. 
Yapışdırıcılıq qabiliyyəti . Gilin qeyri-plastik materialların 
(qum, şamot və s.) hissəciklərini birləşdirmək və quruduqdan sonra 
kifayət qədər möhkəm material əmələ gətirməsi xassəsinə yapışdı-
rıcılıq qabiliyyəti deyilir. Yapışdırıcılıq qabiliyyətinin əsas göstəricisi 
olaraq, gilə qatılan qumun elə miqdarı götürülür ki, həmin qum 
əsasında alınmış keramik kütlənin plastiklik ədədi 7-dən az olmasın. 
Gilin yığışması. Gildən hazırlanan çiy material və məmulatı 
qurutduqda və bişirdikdə onun xətti ölçüləri və həcmi kiçilir. Bu 
hadisəyə yığışma deyilir. Xətti və həcmi yığışma ayırd edilir.


51 
51 
Xətti yığışma gil nümunəsinin quruma və bişirmə zamanı ölçü-
lərinin, həcmi yığışma isə həcminin azalmasını göstərir. Xətti və həc-
mi yığışma ədədi qiymətcə faizlə ifadə olunub, nümunənin ölçülərinin 
yaxud həcminin ilkin ölçülərə yaxud həcmə görə nə qədər dəyişdiyini 
göstərir. 
Gilin yığışmasının iki növü vardır: havada və odda. 
Gil nümunəsini qurutduqda onun xətti ölçülərinin və həcminin 
azalmasına havada yığışma deyilir. Havada yığışmaya səbəb suyun 
buxarlanmasıdır. Gilin havada xətti yığışması onun dənəli tərkibindən, 
xüsusən, gil hissəciklərinin miqdarından asılı olaraq, 2

3 %-dən 
10

12 %-ə qədər dəyişir. 
Gil nümunəsinin bişirilmə zamanı xətti ölçülərini və həcmini 
azaltmasına odda yığışma deyilir. Odda yığışmaya səbəb gilin bişiril-
məsi zamanı onda olan asanəriyən maddələrin əriməsi və gil hissə-
ciklərinin bir-birinə yaxınlaşmasıdır. Gilin tərkibindən asılı olaraq 
odda yığışma 2

8 % olur. 
Havada və odda yığışmadan başqa, onların cəbri cəmi olan tam 
yığışma da təyin edilir. Gilin tam yığışması 5

18 % olur. 
Gilin yığışması xassəsindən müəyyən ölçülü keramik material 
və məmulat hazırlandıqda istifadə olunur. 
Gilin bişirildikdə daş halına keçməsi. Gilin ən mühüm xas-
sələrindən biri bişirmə zamanı onun daş halına keçməsidir. Gilə yük-
sək temperatur təsir etdikdə onda ardıcıl olaraq, bir sıra fiziki-kimyəvi 
dəyişikliklər baş verir. 200 
0
S-dək temperaturda gilin tərkibində olan 
sərbəst su və hiqroskopik nəmlik kənar olur. Gildəki kimyəvi 
birləşmiş su 450 
0
S-də ayrılmağa başlayıb 600 
0
S-də qurtarır. Bu 
zaman gil susuz metakaolinitə (Al
2
O
3

2SiO
2
) çevrilir. 700

800 
0

temperaturda metakaolinit Al
2
O
3
və SiO
2
-yə parçalanır və gilin 
tərkibindəki üzvi qatışıqlar yanır. Temperaturun sonrakı artımında 
(900 
0
S və daha yüksək) gilin tərkibində olan karbonatlar və sulfatlar 
CO
2
və SO
2
qazları ayıraraq parçalanır və sərbəst metal oksidləri 
əmələ gətirir. Həmin metal oksidləri gil maddəsinin parçalanma məh-
sulları ilə (Al
2
O
3
və SiO
2
) birləşərək yeni süni mineral 

mullit 
(3Al
2
O
3

2SiO
2
) əmələ gətirir. Mullit keramik məmulata suyada-
vamlılıq, möhkəmlik və termik davamlılıq xassəsi verir. Mullitin əmə-
lə gəlməsi ilə yanaşı gildə olan asanəriyən maddələr əriyir və bütün 
kütləni sıxlaşdırır. Nəticədə gil möhkəm daş halına keçir. 


52 
52 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin