N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə36/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   104
N. M. A AB yli

 
III FƏSIL 
 
INŞAAT KERAMIKASI 
 
§ 1. Ümumi məlumat 
Gildən (əlavəli və ya əlavəsiz) qəlibləmə və bişirmə yolu ilə 
hazırlanan materiallara keramik materiallar deyilir. Bütün süni daş 
materiallardan ən qədimi keramik materiallardır. Dövrümüzə qədər 
gəlib çatan gil kərpicinin 5000 ildən artıq yaşı vardır. 
Müasir tikintidə 

binaların demək olar ki, bütün konstruktiv 
elementlərində, üzlük və bəzək işlərinin yerinə yetirilməsində, sanitar-
texniki məmulatların, odadavamlı və turşuyadavamlı materialların 
istehsalında, eləcə də elektrotexnika, metallurgiya və digər sənaye 
sahələrində keramik material və məmulatlardan geniş istifadə edilir. 
Təyinatına görə keramik material və məmulatların aşağıdakı 
növləri vardır: divar materialları (kərpic, boşluqlu daşlar və onlardan 


47 
47 
hazırlanan panellər və s.); damüstü materiallar (kirəmit,); örtük 
məmulatları (müxtəlif növ keramik daşlar); xarici üzlük materialları 
(şirlənmiş tavacıqlar və fasonlu detallar); yüngül betonlar üçün 
məsaməli doldurucular (keramzit, aqloporit); istilik-izolyasiya 
məmulatları; sanitar-texniki məmulatlar (əl-üzyuyan, vanna, unitaz); 
döşəmə tavacıqları; yol kərpici, turşuyadavamlı materiallar (kərpic, 
tavacıq, boru); odadavamlı materiallar; yeraltı kommunikasiya məmu-
latları (kanalizasiya və drenaj boruları). 
Müasir keramik material və məmulatların əsas texnoloji növləri 
terrakota, kaşı (mayolika), fayans (saxsı) və çinidir (farfordur). 
Terrakota 

ağ və rəngli gillərdən bişirilmiş məsaməli şir-
lənməmiş keramik məmulatdır. Bişirildikdən sonra terrakota özünə 
məxsus (açıq sarıdan qırmızı-qəhvəyi və qara rəngədək) rəng alır. 
Ondan heykəltaraşlıq əsərləri, memarlıq detalları, divar materialları, 
üzlük tavaları və s. material və məmulatlar hazırlanır. 
Kaşı 

bişmiş rəngli gildən hazırlanan məsaməli şirlənmiş (mi-
nalanmış) keramik materialdır. Ondan memarlıq abidələrində, bəzək 
işlərində geniş istifadə edilir. 
Fayans — bərk, xırdaməsaməli keramik materialdır. Adətən, ağ 
rəngdə olub, çinidən məsaməliliyinin və suhopmasının çox olmasına 
görə (12 %-ə qədər) fərqlənir. Sukeçirməsini azaltmaq üçün şirlə 
örtürlər. Saxsıdan (fayansdan) ən çox qablar, ağ və rəngli üzlük 
tavacıqları, sanitar-texniki məmulatlar istehsal etmək üçün istğifadə 
edilir. 
Çini 

su və qaz keçirməyən ağ, saxsılaşmış keramik material-
dır. O, termik və kimyəvi davamlı material olub, yüksək mexaniki 
xassələrə malikdir. Çinidən korroziyayadavamlı kimya aparatları, 
elektrik və radiotexnika məmulatları, yüksək keyfiyyətli qablar, 
sanitar-texniki məmulatlar və digər materiallar hazırlanır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin