N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə44/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   104
N. M. A AB yli

 
Məmulatın qəliblənməsi 
Keramik kütlənin hazırlanma üsulundan asılı olaraq keramika 
material və məmulatların qəliblənməsi üç üsulla aparılır: plastik, 
yarımquru və tökmə. 
Plastik qəlibləmə üsulu. Keramik material və məmulatların qə-
liblənməsində bu üsuldan geniş istifadə olunur. Plastik qəlibləmə 
üsulunda keramik kütlənin nəmliyi 18

26 % olmalıdır. 
Plastik qəlibləmə əl və mexaniki üsulla aparıla bilər. 
Əl ilə qəlibləmə üsulu çox zəhmət tələb etdiyindən ondan az is-
tifadə edilir. Bu üsulla mürəkkəb konfiqurasiyalı memarlıq detalları 
gips formalarda qəliblənməklə hazırlanır. 
Mexaniki üsulda keramik kütlənin qəliblənməsi xüsusi pres-
lərdə, yarımavtomatlarda və avtomatlarda aparılır. Inşaat keramika-


58 
58 
sının istehsalında adi lent və vakuum lent presləri, revolver, friksion, 
hidravlik və müxtəlif konstruksiyalı digər preslər geniş yayılmışdır.
Keramik kütlənin qəliblənmə keyfiyyətini artırmaq üçün vaku-
um lent presindən istifadə edilir. 
Vakuum preslərinin saatlıq məhsuldarlığı 7000

15000 ədəd 
keramik material yaxud məmulatdır. 
Plastik qəlibləmə üsulu ilə inşaat kərpici və onun müxtəlif 
növləri, kirəmit, drenaj və kanalizasiya boruları və s. keramik material 
və məmulatlar hazırlanır. 
Yarımquru qəlibləmə üsulu. Keramik material və məmulatları 
bu üsulla qəliblədikdə nəmliyi 8

12 % olan keramik pres-ovuntudan 
istifadə olunur. Bundan ötrü həmin ovuntunu böyük təzyiq altında 
(15

40 MPa) presləyirlər. Keramik pres-ovuntu müəyyən dənəli 
tərkibli və nəmlikli olmalıdır. Onu şliker və qurutma-üyütmə üsulu ilə 
alırlar. 
Bu üsulun bir növü də quru üsuldur. Keramik ovuntunu quru 
üsulla qəliblədikdə onun nəmliyi 2

8 % olmalıdır. 
Keramik material və məmulatlar istehsalının kompleks mexa-
nikləşdirilməsi baxımından yarımquru qəlibləmə üsulu daha per-
spektiv üsuldur.
Yarımquru qəlibləmə üsulunun bir sıra çatışmayan cəhətləri 
vardır: material və məmulatın qəliblənməsi üçün mürəkkəb və güclü 
presləyici avadanlıqdan istifadə olunması, bişirilmə temperaturunun 
yüksək olması və s.
Yarımquru qəlibləmə üsulu ilə keramik fasad tavacıqları, kera-
mik divar materialları (adi və boşluqlu kərpiclər) hazırlanır. 
Tökmə üsulu. Bu üsulla keramik məmulatların qəliblənməsi gi-
lin yaxud keramik kütlənin su mühitində dayanıqlı suspenziya əmələ 
gətirməsinə və eləcə də tətbiq olunan qəliblərin böyük suhopma 
qabiliyyətinə əsaslanır. 
Tökmə üsulu ilə məmulatların hazırlanmasında gips və mə-
saməli keramik lövhəciklərdən istifadə edilir.
Gips qəliblərin üstün cəhətləri ondan ibarətdir ki, onlar yüksək 
suhopma qabiliyyətinə (35 %-ə qədər) və kifayət qədər mexaniki 
möhkəmliyə malik olur.


59 
59 
Məsaməli keramik lövhəciklərdən şirli fasad tavacıqlarının kon-
veyer üsulu ilə istehsalında istifadə edilir. Belə lövhəciklərin suhop-
ması yüksək olur. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin