N. M. AĞABƏyli


Yavanlaşdırıcı materiallar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə40/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   104
N. M. A AB yli

 
Yavanlaşdırıcı materiallar 
Gillərin plastikliyini, qurutduqda və bişirdikdə yığışmasını 
azaltmaq məqsədi ilə onlara müxtəlif yavanlaşdırıcı materiallar qatır-
lar. Keramika sənayesində kvars qumu, şamot, susuzlaşdırılmış gil, 
posa, keramik məmulat qırıqları və s. yavanlaşdırıcı materiallar kimi 
tətbiq edilir. 
Kvars qumu ən yaxşı təbii yavanlaşdırıcı materiallardan biridir. 
Onu işlətməzdən qabaq xırdalayır, ələkdən keçirir, bəzən isə yuyurlar. 
Keramika sənayesində iriliyi 0,5

2 mm olan kvars qumundan istifadə 
edilir. Adətən, kvars qumunu 10

25 % miqdarında qatırlar.
Şamot odadavamlı və çətinəriyən gillərin bişirilməsindən və 
sonradan 0,14

2 mm irilikli hissəciklərə xırdalanmasından alınır. O, 
gilin qurudulma və bişirilməsini yaxşılaşdırır.
Susuzlaşdırılmış gil. 600

800 
0
S temperaturda gilin fırlanan so-
bada yaxud aqlomerasiya maşınında qızdırılmasından alınır. Belə 
temperaturda gilli mineralların tərkibində olan kimyəvi su kənar olur 
və gil plastikliyini itirir. Qızdırılmış gili sonradan üyüdür və göz-
lərinin ölçüsü 1 mm olan ələkdən keçirirlər. Susuzlaşdırılmış gildən 
keramik divar materialların istehsalında istifadə edirlər. Onu gil xəmi-
rinə 30

50 % miqdarında qatırlar. 
Posa effektiv yavanlaşdırıcı materialdır. Adətən, kərpic 
istehsalında dənəvərləşdirilmiş domna posasından istifadə edilir. 
Istilik-elektrik stansiyalarında tullantı halında alınan kül də yavan-
laşdırıcı material kimi işlədilir. 
Keramik məmulat qırıqları işlədilməzdən qabaq çeşidlənir, kə-
nar zərərli qatqılardan təmizlənir və sonra 2 mm-ə qədər xırdalanır. 
 
Aşqarlar və əlavələr 
Aşqarlar. Saxsılaşma və bişirmə temperaturunu aşağı salmaq 
məqsədi ilə gilə qatılan materiallara aşqarlar deyilir. Onlar keramik 
materialın sıxlığını və möhkəmliyini artırır, suhopmasını isə azaldır. 
Keramik material və məmulatların istehsalında işlədilən aşqarlara çöl 
şpatları, peqmatit, nefelin siyeniti, dolomit, maqnezit, təbaşir və s. ma-
teriallar aiddir. 


53 
53 
Çöl şpatları keramik kütlədə şüşəyəoxşar ərinti fazası əmələ gə-
tirir. Bu faza keramik kütlənin silisiumlu komponentlərini həll edir, 
bişirmə zamanı məmulatın deformasiyaya davamlılığını artırır və yeni 
mineralın 

mullitin əmələ gəlməsinə səbəb olur. 
Təbiətdə çöl şpatlarına təmiz halda az təsadüf edilir. Onlar, adə-
tən, başqa minerallarla qatışmış olur. Bununla əlaqədar olaraq, 
keramika sənayesində çöl şpatları ilə yanaşı onların əvəzediciləri 

peqmatit, nefelin siyeniti və s. süxurlar işlədilir. 
Peqmatit çöl şpatları və kvars mineralları qarışığından ibarət 
dağ süxurudur. Tərkibi sabit deyildir. Buna görə ondan keramika səna-
yesində istifadə edildikdə, tərkibindəki kvarsın miqdarını dəqiq 
bilmək lazımdır. 
Nefelin siyeniti tərkibində nefelin mineralından başqa albit, 
slüda və digər minerallar olan dağ süxurudur. Onun saxsılaşma tem-
peraturu 1060 
0
S, ərimə temperaturu isə 1150

1200 
0
S-dir. Ən böyük 
nöqsan cəhəti tərkibində müxtəlif qatışıqların olmasıdır.
Dolomit, maqnezit, təbaşir, mərmər və digər karbonat süxurla-
rının yüksək temperaturda parçalanması nəticəsində CaO və MgO 
əmələ gəlir. Bu oksidlər keramik kütlənin komponentləri ilə 
reaksiyaya girib, asanəriyən birləşmələr əmələ gətirir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin