54
54
Şiri təşkil edən əsas komponentlər aşağıdakılardır: kvars qumu,
kaolin, çöl şpatı, qələvi-metal duzları, qurğuşun oksidləri,
borat
turşusu və s.
Hazırlanma üsuluna görə şirlər iki cür olur: çiy
bişirilməmiş,
əridilmiş.
Anqob bişirilməmiş keramik məmulatın səthinə çəkilən, ağ ya-
xud rəngli gildən hazırlanan nazik təbəqədir. O, bişirilmə zamanı
ərimir, buna görə məmulatın səthi donuq rəng əldə edir.
Məmulatın səthini örtmək və ona gözəl görünüş vermək lazım
gəldikdə, yaxud şirlə saxsının termik genişlənmə əmsalları eyni olma-
dıqda anqobdan istifadə edirlər. Bu halda anqob şirlə saxsı arasında
aralıq qat rolunu oynayır.
Anqob şir hazırlanan
materiallardan, lakin başqa nisbətlərdə
hazırlanır.
§ 3. Keramik material və məmulatların istehsalı
Keramik material və məmulatlar təyinatına, formasına və fiziki-
mexaniki xassələrinə görə müxtəlif olmasına
baxmayaraq, onların
istehsalı təxminən eyni olub, aşağıdakı mərhələlərdən ibarətdir:
1) gilin çıxarılması, daşınması və saxlanması;
2) keramik kütlənin hazırlanması;
3) məmulatın qəliblənməsi;
4) məmulatın qurudulması;
5) məmulatın bişirilməsi.
Bəzi keramik məmulatların (sanitar-texniki keramika, keramik
borular, tavacıqlar və s.) istehsalında göstərilən mərhələlərlə yanaşı
bəzək vurma mərhələsindən də istifadə edilir.
Dostları ilə paylaş: