136
136
materialların ayrılıqda üyüdülərək mükəmməl surətdə qarış-
dırılmasından alınan hidravlik yapışdırıcı maddəyə posalı portland-
sement deyilir. Sementdə posanın miqdarı 21 %-dən az 80 %-dən çox
olmamalıdır. Tutma sürətini tənzimləmək məqsədilə 5 %-ə qədər gips
daşı əlavə olunur.
Posalı portlandsement klinkerlə posanın qarışığından ibarət
olduğundan, onun bərkiməsi də posa və klinker minerallarını hidra-
tasiya kompleksindən ibarətdir. Odur ki, posalı portlandsementin
bərkimə prosesi portlandsementə nisbətən daha mürəkkəbdir.
Posalı portlandsementin bərkimə sürəti əsasən klinkerin
mineral
tərkibindən, klinkerlə posanın nisbətindən, posanın mineral
tərkibindən və üyüdülmə dərəcəsindən asılıdır. Bu sementin birinci iki
ay ərzində bərkiməsi adi portlandsementə nisbətən ləng gedir, lakin
sonradan bərkimənin intensivliyi artır və 6
12
aya onun möhkəmliyi
portlandsementin möhkəmliyinə çatır və hətta onu ötür. Bu hal
posanın tədricən hidratasiyası və reaksiya məhsulları ilə reaksiyaya
girməmiş posa və klinker dənələrinin sərt birləşməsi hesabına baş
verir.
Posalı portlandsementin xüsusi səthinin artırılması onun
bərkiməsini xeyli dərəcədə artırır. Xüsusi səthi 6000 sm
2
/q-a
qədər
olan posalı portlandsement, bərkiməsinə görə eyni markalı adi
portlandsementdən geri qalmır.
Posalı portlandsementin rəngi nisbətən açıq bozdur. Sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 900
1200, sıxlaşdırılmış halda
1400
1700, həqiqi sıxlığı isə 2800
3000 kq/m
3
-dur. Portlandsementə
nisbətən gec tutur. Tutma vaxtı 45 dəqiqədən 10
saata qədər
məhdudlaşdırılır. Markaları 300, 400 və 500-dür.
Posalı portlandsement mineral və şirin suların təsirinə məruz
qalan beton və dəmir-beton konstruksiyalarında, buxaravermə yolu ilə
bərkiyən məmulatların istehsalında, yerüstü, yeraltı və sualtı
tikintilərdə işlədilir. Bu sementin saxlanılması və daşınması eyni adi
portlandsementdə olduğu kimidir. Uzunmüddət saxlanıldıqda
möhkəmliyini çox itirir.
Sulfat-posa sementi
Tez soyudulmuş domna posası ilə
aktivləşdirici maddələrin
birlikdə narın üyüdülməsindən və ya ayrıca üyüdülərək mükəmməl
137
137
qarışdırılmasından alınan hidravlik yapışdırıcı maddəyə
sulfat-posa
sementi deyilir. Aktivləşdirici
maddə olaraq anhidrit, yarımsulu və
ikisulu gips, 800
900
0
S temperaturda yandırılmış dolomit, əhəng və
portlandsement götürülə bilər. Sulfat-posa sementini hazırlamaq üçün
80
85 % tezsoyudulmuş domna posası, 15
20 % gips daşı yaxud
anhidrit və 5 %-ə qədər portlandsement klinkeri və ya 2 %-ə qədər
əhəng götürülür.
Bu yapışdırıcının həqiqi sıxlığı 2900
3100 kq/m
3
, sıxlaşdırıl-
mamış halda tökmə sıxlığı 900
1100 kq/m
3
, sıxlaşdırılmış
halda isə
1500
1650 kq/m
3
-dur.
Bərk qatılıqlı 1:3 tərkibli məhluldan hazırlanmış sulfat-posa
sementi nümunələrinin markaları 300 və 400-dür. Tutmasının
başlanğıcı 30 dəqiqədən tez, tutmasının sonu isə 10
saatdan gec
olmamalıdır. Bərkiməsi üçün əlverişli temperatur 20
30
0
S-dir. 10
0
S-dən aşağı temperaturda bərkiməsi xeyli ləngiyir. 40
0
S-dən yuxarı
temperatur şəraitində bərkidikdə möhkəmliyi kəskin surətdə azalır.
Bərkimənin birinci iki həftəsi ərzində möhkəmlik az olmasın
deyə sulfat-posa sementini qurumaqdan qorumaq lazımdır.
Sulfat-posa sementi havada uzunmüddət saxlandıqda möhkəm-
liyini xeyli itirir. Posalı sementlərin hamısına xas olan bu xassə sulfat-
posa sementini işlədərkən xüsusi olaraq nəzərə alınmalıdır.
Dostları ilə paylaş: