51
51
Xətti yığışma gil nümunəsinin quruma və bişirmə zamanı ölçü-
lərinin, həcmi yığışma isə həcminin azalmasını göstərir. Xətti və həc-
mi yığışma ədədi qiymətcə faizlə ifadə olunub, nümunənin ölçülərinin
yaxud həcminin ilkin ölçülərə yaxud həcmə görə nə qədər dəyişdiyini
göstərir.
Gilin yığışmasının iki növü vardır: havada və odda.
Gil nümunəsini qurutduqda onun xətti
ölçülərinin və həcminin
azalmasına
havada yığışma deyilir. Havada yığışmaya səbəb suyun
buxarlanmasıdır. Gilin havada xətti yığışması onun dənəli tərkibindən,
xüsusən, gil hissəciklərinin miqdarından asılı olaraq, 2
3 %-dən
10
12 %-ə qədər dəyişir.
Gil nümunəsinin bişirilmə zamanı xətti ölçülərini və həcmini
azaltmasına
odda yığışma deyilir. Odda yığışmaya səbəb gilin bişiril-
məsi zamanı onda olan asanəriyən maddələrin
əriməsi və gil hissə-
ciklərinin bir-birinə yaxınlaşmasıdır. Gilin tərkibindən asılı olaraq
odda yığışma 2
8 % olur.
Havada və odda yığışmadan başqa, onların cəbri cəmi olan tam
yığışma da təyin edilir. Gilin tam yığışması 5
18 % olur.
Gilin yığışması xassəsindən müəyyən ölçülü keramik material
və məmulat hazırlandıqda istifadə olunur.
Gilin bişirildikdə daş halına keçməsi.
Gilin ən mühüm xas-
sələrindən biri bişirmə zamanı onun daş halına keçməsidir. Gilə yük-
sək temperatur təsir etdikdə onda ardıcıl olaraq, bir sıra fiziki-kimyəvi
dəyişikliklər baş verir. 200
0
S-dək temperaturda gilin tərkibində olan
sərbəst su və hiqroskopik nəmlik kənar olur. Gildəki kimyəvi
birləşmiş su 450
0
S-də ayrılmağa başlayıb 600
0
S-də qurtarır. Bu
zaman gil susuz metakaolinitə (Al
2
O
3
2SiO
2
) çevrilir. 700
800
0
S
temperaturda metakaolinit Al
2
O
3
və SiO
2
-yə parçalanır
və gilin
tərkibindəki üzvi qatışıqlar yanır. Temperaturun sonrakı artımında
(900
0
S və daha yüksək) gilin tərkibində olan karbonatlar və sulfatlar
CO
2
və SO
2
qazları ayıraraq parçalanır və sərbəst metal oksidləri
əmələ gətirir. Həmin metal oksidləri gil maddəsinin parçalanma məh-
sulları ilə (Al
2
O
3
və SiO
2
) birləşərək yeni süni mineral
mullit
(3Al
2
O
3
2SiO
2
) əmələ gətirir. Mullit
keramik məmulata suyada-
vamlılıq, möhkəmlik və termik davamlılıq xassəsi verir. Mullitin əmə-
lə gəlməsi ilə yanaşı gildə olan asanəriyən maddələr əriyir və bütün
kütləni sıxlaşdırır. Nəticədə gil möhkəm daş halına keçir.