55
55
Qış zamanı gili çıxartdıqda onu donmaqdan qorumaq lazımdır.
Belə ki, donmuş gil keramika istehsalı üçün yararlı deyildir və ondan
hazırlanan məmulatda çat əmələ gəlir.
Çıxarılmış gili zavoda yükünü özüboşaldan maşınla daşıyırlar.
Gil karxanası zavodun qəlibləmə sexinə yaxın olduqda gilin daşınması
vaqonetlərlə yaxud transportyorla yerinə yetirilir.
Keramik kütlənin hazırlanması
Tərkibi müəyyən nisbətdə götürülmüş və narın xırdalanmış
xammal materiallarından ibarət olan qarışığa
keramik kütlə deyilir.
Keramik kütlə bir komponentli (tərkibi yalnız gildən), iki kom-
ponentli (gil və şamotdan) və çox komponentli (gil
və bir neçə ma-
terialdan) ibarət ola bilər.
Gil, keramik kütlənin əsas hissəsini təşkil edir. Odur ki, yüksək
keyfiyyətli keramik material və məmulat əldə etmək üçün gili səylə
hazırlamaq, onu bircinsli etmək lazımdır.
Bundan ötrü gilin təbii
quruluşunu dağıtmalı, ondan daş parçaları kənar edilməli və
xırdalanmalıdır.
Keramik kütləni hazırlamaq üçün üç üsuldan istifadə edilir: ya-
rımquru (kütlənin nəmliyi 8
13 %), plastik (kütlənin nəmliyi 18
26
%) və şliker (kütlənin nəmliyi 45
60 %).
Yarımquru üsul. Karxanadan
gətirilmiş gilin nəmliyi az, qu-
ruluşu sıx və tərkibində daş qatışıqlarının miqdarı çox olduqda kera-
mik kütlənin hazırlanmasında yarımquru üsuldan istifadə edilir. Bu
üsulla keramik kütlənin hazırlanması aşağıdakı ardıcıllıqla yerinə
yetirilir: gilin kobud xırdalanması, onun qismən (müəyyən nəmliyə
qədər) qurudulması, narın xırdalanması, iri qatışıqların kənar edilməsi,
gil kütləsinin yavanlaşdırıcı materiallar və əlavələrlə birlikdə qarışdı-
rılması və nəmləndirilməsi.
Gilin kobud xırdalanması bıçaqlı gilkəsən maşında, dişli və de-
zinteqrator vallarında yerinə yetirilir.
56
56
Dişli vallar içərisində daşlar olmayan böyük gil parçalarını
xırdalamaq üçün işlədilir. Dezinteqrator valları gili həm xırdalayır,
həm də daş qırıntılardan təmizləyir.
Üyütmə aqreqatları və ələklərinin gözlərinin tutulmaması üçün
gili narın xırdalamazdan qabaq onu quruducu barabanda qurudurlar. B
halda gilin nəmliyi 15
25 %-dən 2
13 %-ə qədər azalır.
Gilin narın xırdalanması zamanı dezinteqratordan, hamar səthli
narın üyütmə vallarından,
qaçağandan və müxtəlif növ
dəyirmanlardan istifadə edirlər.
Narın xırdalanmış gili müxtəlif konstruksiyalı və təyinatlı
ələklərdən keçirərək, onu iri hissəciklərədən (qatışıqlardan) azad
edirlər.
Gili qabaqcadan üyüdülmüş yavanlaşdırıcı
materiallar və
əlavələrlə qarışdırıb, plastik kütlə almaq üçün ikivallı qarışdırıcıdan
(şəkil 3.3), az plastiklikli keramik kütlə əldə etmək üçün vakuum tipli
pərli qaçağandan və yavan keramik kütlə almaq üçün isə qarışdırıcı
qaçağandan istifadə edilir.
Yarımquru üsulun çatışmayan cəhəti aşağıdakılardır: xammalın
üyüdülməzdən qabaq qurudulması, üyüdülmə zamanı avadanlığın
daha çox işlənib yeyilməsi, məmulatı qəlibləməkdən
ötrü daha güclü
(15
40MPa) preslərdən istifadə olunmasıdır. Bu üsul adi və boşluqlu
gil kərpiclərin, daşların və keramik tavacıqların istehsalında
tətbiq
edilir.
Dostları ilə paylaş: