60
60
fasiləsiz işləyən quruduculara isə tunel və konveyer quruducuları
aiddir.
Kameralı quruducu qurutma bloku
ilə birləşmiş bir neçə
kameradan ibarətdir. Qurutma blokunun ümumi bir isti hava gətirən
və bir işlənmiş qazları (havanı) aparan kanalı olur.
Qurudulacaq keramik material və məmulat ağac yaxud metal
çərçivələrə düzülür və bu çərçivələr kameranın boyuna divarlarındakı
xüsusi çıxıntılarda oturdulur. Qurutma üçün isti havadan istifadə
edilir. Qazgətirən kanalda isti havanın temperaturu 120
150
0
C olur.
Kameralı quruducuda keramik məmulat 60
70 saata qurudulur.
Tunel quruducular kameralı quruducular
kimi qurutma bloku
şəklində birləşdirilmiş olur. Hər blok bir neçə tuneldən ibarət olub,
ümumi isti hava gətirən və işlənmiş hava aparan kanalları vardır.
Tunel quruducunun uzunluğu 20
50 m, eni 0,95
1,60 m və
hündürlüyü 1,6
2,0 m olur. Hər tunelin içərisində vaqonetlərin
hərəkəti üçün dəmir yolu vardır. Vaqonetlərə doldurulmuş qu-
rudulacaq məmulat tunelin bir başından
daxil olub, o biri başından
qurudulmuş halda çıxır. Vaqonetlər ritmik hərəkət edir. Qurutma üçün
verilən isti hava, adətən, tunelin çıxış tərəfindən daxil olub, tunelin içi
ilə gələn vaqonetlərlə qarşılaşır. Isti hava tunelə ventilyator vasitəsilə
verilir və sorulur.
Tuneldə vaqonetlərin hərəkət sürəti qurutma rejimindən və tu-
nelin uzunluğundan asılıdır. Əgər tunelə 20 vaqonet yerləşərsə və qu-
rutma müddəti 20 saata bərabərdirsə, hər saatda tunelə bir vaqonet
salınmalıdır. Vaqonetlər tunelə xüsusi
itələyici qurğu vasitəsilə
itələnir.
Tuneldə vaqonetlərin hərəkət sürəti qurutma rejimindən və tu-
nelin uzunluğundan asılıdır. Əgər tunelə 20 vaqonet yerləşərsə və qu-
rutma müddəti 20 saata bərabərdirsə, hər saatda tunelə bir vaqonet
salınmalıdır. Vaqonetlər tunelə xüsusi itələyici qurğu vasitəsilə
itələnir.
Adətən, tunel quruducularda keramik material və məmulatların
qurudulması 120
150
0
S temperaturlu isti hava vasitəsilə aparılır və
qurutma müddəti 16
36 saat davam edir.
Konveyer quruducularda rəflərə, lentlərə,
torlara yaxud vaqo-
netlərə yığılmış qurudulacaq material tunel quruduculardan fərqli ola-
raq ritmik deyil, müəyyən sürətlə fasiləsiz hərəkət edir.
61
61
Müxtəlif növ keramik tavacıqların istehsalında yeni konvektiv-
radiasiya konveyer quruducusundan geniş istifadə edilir.
Dostları ilə paylaş: