64
64
Inşaat keramikası müxtəlif fiziki və mexaniki xassəli geniş no-
menklaturalı material və məmulatlarla xarakterizə olunur. Onların
xassələrinə olan tələblər tətbiq sahəsindən asılı olaraq müxtəlifdir.
Məsaməlilik. Məsaməli keramik materialların məsaməliliyi
10
40 % olur. Keramik kütləyə məsamə
əmələ gətirci əlavələr qat-
maqla məsaməliliyi artırırlar. Kərpicin və keramik daşların sıxlığını və
istilikkeçirməsini azaltmaq üçün onlarda boşluqlar və deşiklər açırlar.
Suhopma. Keramik material və məmulatın məsaməliliyinin və
bu səbəbdən də sıxlığının xarakteristikasıdır. Suhopma keramik ma-
terialın
digər xassələrinə
şaxtayadavamlılığına, hava və buxar ke-
çirməsinə, məhlul ilə möhkəm yapışmasına və s. xassələrinə böyük
təsir göstərir. Sıx keramik materialların kütləsinə görə suhopması 5 %-
dən az, məsaməli keramik materiallarınınkı isə 5
30 %-dir.
Keramik
divar materialların inşaat məhlulu ilə yaxşı yapışması üçün onların
kütləyə görə suhopması 6
8 %-dən az olmamalıdır.
Sıxlıq. Keramik divar materiallar quru halda sıxlığına görə dörd
sinfə bölünür: A sinfi
sıxlığı 700
1000 kq/m
3
; B sinfi
1000
1300
kq/m
3
; C sinfi
1300
1450 kq/m
3
; Ç sinfi
1450 kq/m
3
-dan çox.
Sıxlığın qiyməti azaldıqca keramik materialların istilikkeçirməsi
azalır. Bu da xarici divarların qalınlığını azaltmağa imkan verir.
Istilikkeçirmə. Keramik material və məmulatların istilikkeçir-
məsi sıxlıqdan, saxsının quruluşundan və nəmliyindən asılıdır. Mütləq
sıx saxsı kütləsinin istilikkeçirmə əmsalı 1,16 Vt/(m
0
S)-dir. Keramik
məmulatda məsaməlilik
və boşluq yaratmaqla, onun sıxlığını 1800
kq/m
3
-dan 700 kq/m
3
-a endirmək mümkündür. Bu halda onun
istilikkeçirmə əmsalı 0,8 Vt/(m
0
S)-dən 0,21 Vt/(m
0
S)-ə enir.
Keramik məmulatların nəmlənməsi və məsamələrindəki suyun
donması, onların istilikkeçirməsinin kəskin surətdə artmasına
səbəb
olur.
Şaxtayadavamlılıq. Keramik materialların uzunömürlülüyü on-
ların şaxtayadavamlılığı ilə əlaqədardır. Məlumdur ki, su, materialın
məsamələrində donduqda həcmini təqribən 9 % artırır
və bu zaman
onun məsamələrdə yaratdığı təzyiqin qiyməti 280 MPa çata bilir.
Bunun da nəticəsində materialın möhkəmliyi aşağı düşür. Keramik
materialların şaxtayadavamlılığa görə markaları belədir: F 15, F 25, F
35, F 50, F 75 və F 100.
65
65
Möhkəmlik. Keramik materialların möhkəmliyi geniş hədd
daxilində dəyişir. Belə ki, məsaməli
quruluşlu keramik divar
materialın möhkəmliyi 7,5
30 MPa, sıx quruluşlu keramik
materiallarınkı isə (yol kərpicinin və s.) 40
100 MPa-dır.
Dostları ilə paylaş: