57
57
Narın xırdalanmış gil kütləsini üydülmüş yavanlaşdırıcı mate-
riallar və əlavələrlə birlikdə ikivallı gilqarışdırıcıda
buxarla nəmlən-
dirərək bircinsli kütlə halına düşənə kimi qarışdırırlar.
Plastik üsuldan divar materialları,
drenaj və kanalizasiya bo-
ruları, kirəmit istehsal etdikdə istifadə edilir.
Şliker üsulu. Gil yüksək nəmlikli və hazırlanacaq
kütlə çox-
komponentli olarsa keramik kütləni şliker üsulu ilə hazırlayırlar.
Şliker kütləsinin və həmin kütlə əsasında pres-ovuntunun hazırlanması
aşağıdakı kimi aparılır.
Əvvəlcə gili, yavanlaşdırıcı materialları və aşqarları dezinteqra-
tor vallarında, gilkəsən maşınlarda və dişli vallı daşqıranlarda kobud
xırdalayırlar. Sonra həmin materiallara əlavələr və su qatıb kürəli
dəyirmanlarda, pərli qarışdırıcılarda yaxud xüsusi maşınlarda fasiləsiz
olaraq narın üyüdürlər. Bu cür əldə edilmiş kütləni (50
65 %
nəmlikli) ələklərdən keçirib şliker alırlar.
Keramik kütlənin şliker üsulu ilə hazırlanması xammalın
tərkibində olan daş qatışıqlarını tam kənar etməyə və gilin quruluşunu
daha çox dağıtmağa imkan verir. Bunun da nəticəsində daha bircinsli
kütlə alınır. Odur ki, bu üsulla əldə edilmiş şliker kütləsindən tökmə
üsulu ilə mürəkkəb formalı məmulat hazırlanır.
Şliker kütləsindən fasad üçün üzlük tavacıqlar (tökmə
üsulu
ilə), sanitar-texniki məmulat və pres-ovuntu hazırlanır.
Dostları ilə paylaş: