98
98
Bərkimiş gipsin möhkəmliyi, başlıca olaraq, su-gips nisbətindən
asılıdır. Bu nisbət 0,7-dən 0,4-ə qədər dəyişdikdə inşaat gipsinin
möhkəmliyi 2,5
3 dəfə artır.
Yarımsulu gipsin mərkəzi dartılmada möhkəmliyi sıxılmadakı
möhkəmliyindən 6
9 dəfə azdır.
Bütün havada bərkiyən yapışdırıcı maddələr kimi gips yapışdı-
rıcı maddələr də ən yüksək möhkəmliyə quru halda malik olur. Gips
məmulatının azacıq nəmlənməsi belə, onun möhkəmliyinin kəskin
surətdə azalmasına səbəb olur. Belə ki, nəmlik 10
15 %-ə qədər
artdıqda möhkəmlik 50 %-ə qədər aşağı düşür..
Gipsin və gips məmulatlarının möhkəmliyinin nəmlikdən ası-
lılığı onların ən mühüm çatışmayan cəhətidir.
Gipsin suyadavamlılığını artırmaq üçün ona əhəng, posa, se-
ment və digər əlavələr qatılır.
Dostları ilə paylaş: