N. M. AĞABƏyli


Emal edildikdən sonra işlədilən daşlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə42/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   148
İnşaat Materialları (e-book az)

Emal edildikdən sonra işlədilən daşlar. Bu qrupdan olan ma-
teriallara daş karxanasında dəşkəsən maşınlarla çıxarılmış daşlar, elə-
cə də xüsusi zavodlarda monolitlərdən (iri daş bloklarından) yonulma, 


 
 
 
 
43 
43 
yarılma və mişarlama yolu ilə alınan daşlar, tavalar və digər material 
və məmulatlar aiddir. 
Divar  daşları  sıxlığı  900

2200  kq/m
3
,  sıxılmada  möhkəmlik 
həddi 0,4

50 MPa olan əhəngdaşlarından və tuflardan alınır. Bu daşla-
rın  ölçüləri  390

190

188,  390

190

288  və  490

240

188  mm  olur. 
Hər bir belə daş hörgüdə 8

12 ədəd kərpici əvəz edir. Divar daşlarının 
şaxtayadavamlılığı  F  15-dən  və  yumşalma  əmsalı  0,6

0,7-dən  az 
olmamalıdır.  Onlardan  xarici  və  daxili  divar  hörgülərində,  eləcə  də 
arakəsmələrdə istifadə edilir. 
Divar  blokları    divar  daşlarından  ölçülərinin  böyük  və  küt-
ləsinin  çox  olmasına  görə  fərqlənir.  Bloklar  ya  bilavasitə  karxanada 
süxur  kütləsindən,  ya  da  zavodda  iri  bloklardan  mişarlanma  yolu  ilə 
alınır.  Onlar  yaşayış,  ictimai  və  sənaye  binalarının  çox  cərgəli 
divarlarında  istifadə  edilir.  Bunlardan  başqa  pəncərəaltı  bloklar  da 
istehsal edilir. 
Bloklar sıxlığı 2200 kq/m
3
-dan az və sıxılmada möhkəmlik həd-
di 5 MPa-dan çox olan süxurlardan hazırlanır.   
Üzlük  daşlar  və  tavalar.  Bütün  üzlük  daş  materiallar  və  mə-
mulatlar  daş  emalı  müəssisələrində  bloklardan  mişarlama  yaxud 
yonulma üsulu ilə alınır. 
Üzlük daşları tavayaoxşar (qalınlığı 150

250 mm) və piramida 
görünüşlü (qalınlığı 300 mm və daha çox) olur. 
Xarici üzlük tavaların qalınlığı 40

100 mm olur. 
Üzlük daşları və tavalarının üz səthləri kobud emal edilmiş, yo-
nulmuş  yaxud  sadəcə  olaraq  düz  səthli  (mişarlanmış  halda)    ola  da 
bilər.  
Mişarlanmış  tavalar  yonulmuş  tavalara  nisbətən  daha  davamlı 
olur. Belə ki, yonma zamanı tavada mikroçatlar əmələ gəlir. 
Kürsü tavaları, karniz detalları, qurşaqlar və binaların digər çı-
xıntı  hissələri  atmosfer  təsirlərinə  davamlı  sıx  süxurlardan  hazırlanır 
və  onların  səthlərinə  elə  forma  verilir  ki,  yağış  və  qar  suları  da-
yanmayıb axa bilsin. 
Döşəmələr  və  pilləkən  pillələri  üçün  olan  tavalar  sürtülmə  və 
sürtülüb-yeyilmə təsirlərinə davamlı olmalıdır. 
Haşiyə  daşları.  Küçələri,  avtomobil  yollarını  səkilərdən  ayır-
maq  üçün  haşiyə  daşlarından  istifadə  edilir.  Onlar,  əsasən,  üç  növdə 
hazırlanır:  düz,  lekal  və  trapes  formalı.  Haşiyə  daşı  uzunluğu 


 
 
 
 
44 
44 
700

2000  mm  olan  brus  formasında  olur.  Onun  üz  tərəfi  təmiz,  alt 
tərəfi  isə  kobud  yonulmuş  olur.  Hündürlüyü  300  və        400  mm,  üst 
hissəsinin eni isə 100, 150 və 200 mm-dir.      
Dördtin  daş.  Yol  örtüklərində,  xüsusən  eniş  və  yoxuşlarda  iş-
lədilən  paralelepiped  formalı  daşdır.  Üz  və  alt  səthləri  düzbucaqlı 
formada olub, bir-birinə paraleldir. Yan səthləri isə aşağıya doğru da-
ralır. Sıx və möhkəm dağ süxurlarından yarılma yaxud yonulma üsulu 
ilə  alınır.  Hündürlüyü  100

160,  eni  120

150  və  uzunluğu  150

250 
mm olur. 
Dördtin daşların hazırlanmasında işlədilən süxurların sıxılmada 
möhkəmlik həddi 100 MPa-dan az, kütləyə görə suhopması isə 0,6 %-
dən çox olmamalıdır. 
Qırmadaş 

  müxtəlif  dağ  süxurlarının  daşqıran  maşınlarda 
xırdalanmasından alınan kələ-kötür formalı daşdır. Ölçüləri 5

70 mm, 
bəzən isə 150 mm-ə qədər olur. Betonlarda iri doldurucu kimi işlədilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin