N Respublikasının vergi MƏcƏllƏs



Yüklə 3,61 Mb.
səhifə15/18
tarix06.05.2017
ölçüsü3,61 Mb.
#16990
1   ...   10   11   12   13   14   15   16   17   18

XV FƏSİL
Yol vergisi


Maddə 209. Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün — avtomobil nəqliyyatı vasitələri) olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir.



Maddə 210. Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda (31) xarici dövlətlərin, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.



Maddə 211. Yol vergisinin dərəcələri

211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, (31) oturacaqlarının sayından, yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, (31) Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergi aşağıdakı dərəcələrlə hesablanır:

211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda (31) xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:

211.1.1.1. minik avtomobilləri — 15 ABŞ dolları;

211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:


Ölkə ərazisində qaldığı müddət

Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda

Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

1 aya qədər

15 ABŞ dolları

20 ABŞ dolları

40 ABŞ dolları

3 aya qədər

30 ABŞ dolları

40 ABŞ dolları

60 ABŞ dolları

1 ilə qədər

40 ABŞ dolları

80 ABŞ dolları

120 ABŞ dolları

1 ildən yuxarı

40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları

80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları

120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

(31)

211.1.1.2. avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:



Ölkə ərazisində qaldığı müddət

Oturacaq yerlərinin sayı 12-dək olanda

Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda

Oturacaq yerlərinin sayı 31-dən çox olanda

1 gün üçün

15 ABŞ dolları

20 ABŞ dolları

25 ABŞ dolları

1 həftəyədək

30 ABŞ dolları

40 ABŞ dolları

50 ABŞ dolları

1 aya qədər

100 ABŞ dolları

140 ABŞ dolları

175 ABŞ dolları

3 aya qədər

300 ABŞ dolları

400 ABŞ dolları

500 ABŞ dolları

1 ilə qədər

1050 ABŞ dolları

1400 ABŞ dolları

1750 ABŞ dolları

1 ildən yuxarı

1050 ABŞ dolları + 1 ildən artıq

qaldığı hər gün üçün 12 ABŞ dolları

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

1750 ABŞ dolları + 1ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları (31)

211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət

4 (dörd) oxa qədər olanda

4 (dörd) ox və çox olanda

1 gün üçün

20 ABŞ dolları

30 ABŞ dolları

1 həftəyədək

40 ABŞ dolları

80 ABŞ dolları

1 aya qədər

140 ABŞ dolları

280 ABŞ dolları

3 aya qədər

400 ABŞ dolları

800 ABŞ dolları

1 ilə qədər

1400 ABŞ dolları

2800 ABŞ dolları

1 ildən yuxarı

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları (31)

211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazis inə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır; (31)

211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş «İcazə» blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər. (31)

211.1.2. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası (traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri (31) istisna olmaqla) illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə aşağıdakı dərəcələrlə ödəyirlər:



Vergitutma obyektinin adı

Mühərrikin həcminin hər 1 kub santimetrinə görə şərti maliyyə vahidinin faizi ilə

Minik avtomobilləri

1,0

Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri

2,0




Vergitutma obyektinin adı

Yol vergisinin dəsi

Minik avtomobilri:




hərrikin həcmi 2000 kubsantimetdək olduqda

hərrikin həcminin hər kubsantimetrə gö - 0,01 manat

hərrikin həcmi 2000 kubsantimetrdən çox olduqda

20 manat + hərrikin həcminin 2000 kubsantimetrdən çox hissi üçün hər kubsantimetrə gö - 0,02 manat

Avtobuslar və digər avtomobil nəqliyyatı vasiri

hərrikin həcminin hər kubsantimetrə gö - 0,02 manat





Vergitutma obyektlərinin adı

Yol vergisinin dərəcəsi

1

2

Minik avtomobillərinin, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:




- mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

20

- mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda

20 manat + mühərrikin həcminin 200 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,02 manat

- mühərrikin həcmi 3000 kub santimetrdən 4000 kub santimetrədək olduqda

40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,03 manat

- mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda

70 manat + mühərrikin həcminin 4000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,04 manat

- mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda

110 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,05 manat

(31)

211.2. Bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:

nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

37 tondan 41 tonadək olduqda — 0,15 ABŞ dolları;

41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;

51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;

61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;

71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;

81 tondan çox olduqda — 1,8 ABŞ dolları;

211.3. Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:



az təhlükəli yüklər üçün — 100 faiz;

təhlükəli yüklər üçün — 200 faiz;

xüsusi təhlükəli yüklər üçün — 400 faiz.


Ölkə

ərazisində qaldığı müddət

4 oxa qədər olduqda

4 ox və çox olduqda

az

təhlükəli yüklər üçün

təhlükəli yüklər üçün

xüsusi təhlükəli yüklər üçün

az

təhlükəli yüklər üçün

təhlükəli yüklər üçün

xüsusi təhlükəli yüklər üçün

1 gün üçün

20 ABŞ dolları

40 ABŞ dolları

80ABŞ dolları

30 ABŞ dolları

60 ABŞ dolları

120ABŞ dolları

2 həftəyədək

40 ABŞ dolları

80 ABŞ dolları

160ABŞ dolları

80 ABŞ dolları

160 ABŞ dolları

320ABŞ dolları

1 aya qədər

140 ABŞ dolları

280 ABŞ dolları

560ABŞ dolları

280 ABŞ dolları

560 ABŞ dolları

1120ABŞ dolları

3 aya qədər

400 ABŞ dolları

800 ABŞ dolları

1600ABŞ dolları

800 ABŞ dolları

1600 ABŞ dolları

3200ABŞ dolları

1 ilə qədər

1400 ABŞ dolları

2800 ABŞ dolları

5600ABŞ dolları

2800 ABŞ dolları

5600 ABŞ dolları

11200ABŞ dolları

1 ildən yuxarı

1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları

5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları

2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları

5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları

11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları

(31)

Maddə 212. Yol vergisinin tutulması

212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda (31) gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü maddəsində göstərilən qaydada ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.

212.3. Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.

212.5. Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi) hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin) müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Vergilər Nazirliyinə) təqdim edir.



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin