N Respublikasının vergi MƏcƏllƏs



Yüklə 3,61 Mb.
səhifə18/18
tarix06.05.2017
ölçüsü3,61 Mb.
#16990
1   ...   10   11   12   13   14   15   16   17   18
(22*)

«Xüsusi fərqlənmə nişanı» avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi) tərəfindən verilir. «Xüsusi fərqlənmə nişanı»nın alınması üçün hər hansı haqq ödənilmir. (22*)

«Xüsusi fərqlənmə nişanı» almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə bu maddədə nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl «Xüsusi fərqlənmə nişanı»nı onu vermiş orqana geri qaytarmalıdır.

221.4.10. Vergi ödəyicisinin işçi heyətinin və özünə məxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra həmin avtomobil nəqliyyatı vasitələrinin sahibləri beş gün ərzində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi) bu barədə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Vergilər Nazirliyi) tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edirlər.

221.4.11. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları fəaliyyətindən başqa digər fəaliyyət növü ilə məşğul olan vergi ödəyiciləri tərəfindən əldə olunan gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

221.4.12. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin bu fəaliyyət növü üzrə zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir.

221.4.13. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınmır. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş bu cür avtomobil nəqliyyatı vasitələri barədə həmin nəqliyyat vasitələrinin sahibləri müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi) məlumat verirlər.



Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının Mərkəzi Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınmır və bu cür avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtomobil nəqliyyatı vasitələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Müvafiq icra hakimiyyəti orqanı növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

221.5. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur) müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər.

Bu Məcəllənin 218.1.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, mənzil tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.

Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

221.6. Bu Məcəllənin 218.1.1-ci maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

221.7. Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1 -ci maddəsinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. (31)




i[1] 15.1.9-cu maddəyə 9 oktyabr 2007-ci il tarixli 430 saylı Qanunla edilmiş düzəliş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

ii[2] 22-ci maddənin adında və 22.2-ci maddədə edilmiş düzəliş 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

iii[3] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla əlavə edilmiş bu bənd «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

iv[4] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla əlavə edilmiş bu bənd «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

v[5] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 33.1-ci maddəyə əlavə edilmiş 2-ci abzas «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

vi[6] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 33.4-cü maddəyə edilmiş düzəlişlər «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

vii[7] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 33.7.2-ci maddəyə edilmiş düzəliş «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

viii[8] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 34.1-ci maddənin birinci cümləsinə, ikinci və üçüncü abzasına edilmiş düzəlişlər «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

ix[9] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 34.3-cü maddənin birinci abzasının birinci cümləsinə və ikinci abzasına edilmiş düzəlişlər «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

x[10] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 35.1-ci maddəsinin yeni redaksiyada verilmiş birinci cümləsi və ikinci abzası «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

xi[11] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD saylı Qanunla 35.4-cü maddənin 2-ci abzası «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edən müvafiq Qanunla (1 fevral 2008-ci il tarixli, 543-IIIQD saylı Qanunla) eyni gündə, yəni 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

xii[12] AR Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin müddəalarının tətbiqi zamanı vergi qanunvericiliyinin pozulması ilə əlaqədar eyni əmələ (hərəkətə və ya hərəkətsizliyə) görə yalnız bir dəfə Vergi Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunmasına yol verilir.

Vergi Məcəlləsinin 49.6-cı maddəsinin müddəaları Vergi Məcəlləsində vergi pozuntularına görə məsuliyyət nəzərdə tutulmadığı hallarda tətbiq olunmalıdır (AR Konstitusiya Məhkəməsinin 6 avqust 2002-ci il tarixli Qərarı).

xiii[13] AR Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti Vergi Məcəlləsinin 56-cı maddəsində, AR Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır (AR Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarı).

xiv[14] «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 2000-ci il 16 may tarixli 878-IQ nömrəli qanunu ilə müəyyən edilmiş özəlləşdirilməsi qadağan olunan əmlaka və AR Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 2.2-ci bölməsində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə AR Prezidenti, 2.3-cü bölməsində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

xv[15] Vergi Məcəlləsinin 89.15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlakın siyahıya alınması üçün səlahiyyətli vergi orqanı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etdikdə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həmin məsələni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırdıqdan sonra müvafiq məsələyə dair vergi orqanına münasibəti bildirir.

xvi[16] Bu maddədə nəzərdə tutulan vergitutma obyektləri üzrə verginin hesablanması 2007-ci il yanvarın 1-dən sonra tikintisi başlanılmış obyektlər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının 15 dekabr 2006-cı il tarixli Qanunu).

xvii[17] Vergi ödəyicisinin 2003-cü il 1 yanvar tarixinə vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində aylıq gəlirin vergi tutulmayan məbləğinin 5000 mislindən çox deyilsə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair 45 gün ərzində ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması Vergi Məcəlləsinin 158.2-ci maddəsinin ikinci cümləsinə və 158.3-cü maddəsinə uyğun həyata keçirilir.

Bu Qanunun qüvvəyə mindiyi tarixdən sonra təqdim olunan vergi bəyannamələrində 2003-cü il yanvarın 1-dək dövrə aid fəaliyyət əks etdirildikdə, həmin dövrdə qüvvədə olmuş vergi dərəcələri tətbiq edilir.

2003-cü il yanvarın 1-dək vergi ödəyiciləri tərəfindən nağd pulla aparılan və ƏDV-ə cəlb edilən əməliyyatlar üzrə vergi hesab-fakturaları həmin əməliyyatların aparıldığı dövr üzrə vergi orqanlarına müəyyən edilmiş müddətdə təqdim edilən bəyannamələrdə əks etdirildiyi halda verginin əvəzləşdirilməsinə əsas verir (AR Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 26 noyabr 2002-ci il tarixli Qanunu).

Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin