Нахчыван Мухтар Республикасы Бястякарлар



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Tarzən Əkrəm Məmmədov 
 
Naxçıvanın  görkəmli  ifaçılarından  biri  də  ustad  tarzən 
Əkrəm Məmmədovdur. O, instrumental və mahnı janrlarında gözəl 
melodik  dilə  malik  əsərlər  yaratmışdır.  Bilavasitə  mahnı  və  rəqs 
ansamblı  üçün  «Naxçıvan»  süitası,  «Naxçıvan  təranələri» 
məcmüəsinə  daxil  edilmiş  «Tarla  qızı»,  «Bayram  axşamı»  və  bir 
sıra  digər  mahnılarla  yanaşı,  Həmid  Arzulunun  «Əlincə  qalası» 
tamaşasına yazdığı gözəl, axıcı musiqi təranələri, tar və fortepiano 
üçün pyeslər bu illərin yaradıcılıq məhsuludur. 
Əkrəm Məmmədovu bir ifaçı kimi dinləyicilərə  sevdirən əsas 
amil  sənətdə  axtarışları,  yeni-yeni  məziyyətləri,  ifaçılıq  sahəsində 
qeyri-adi  tapıntıları  və  nəticədə onun  çalğısının bədii  ifa üsullarının 
yüksək  səviyyədə  dənləyicilərə  çatdırılması  ilə  səciyyələnir.  Məhz 


 
48 
bu  xüsusiyyətlrə  görə  də  görkəmli  tarzənin  repertuarı  daim  maraqlı 
məzmunu və dolğunluğu ilə diqqəti cəlb edir. 
Qeyd  edək  ki,  ifaçılıq  Əkrəm  Məmmədovun  yeganə  fəaliyyət 
istiqaməti  deyil.  Solo  ifaçı  olmaqla  yanaşı  o,  ansambl  rəhbəri  və 
müəllim  kimi  fəaliyyət  göstərir.  Məhz  bu  səbəbdən  də  Əkrəm 
Məmmədov  müxtəlif  təşkilatlarda  müəllim,  orkestr  və  ya  ansambl 
rəhbəri  kimi  çalışaraq  mədəni-kütləvi  tədbirlərdə  yaxından  iştirak 
edir.  Məsələn,  60-cı  illərin  sonlarında  onun  səyi  ilə  Naxçıvanda  öz 
quruluşuna, alətlər seçiminə və tembrinə görə maraq doğuran «Əlvan 
çiçəklər» adlı yeni ansambl yaranır. «Əlvan çiçəklər» mahnı və rəqs 
ansamblının  bədii  rəhbəri  kimi  Əkrəm  Məmmədov  müxtəlif 
tədbirlərdə böyük uğurla musiqili-bədii kompozisiyalar yaradır. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin