53
Bu dövrdə dirijor Rəfayıl Kərimovun, Məhin Orucovanın
fəaliyyətləri də diqqət mərkəzində olmuşdur.
Qeyd edək ki, Naxçıvan musiqi mədəniyyətinin inkişaflı,
məhsuldar dövründə qazanılan nailiyyətlər, mətbuatda, radio dal-
ğalarında, televiziya verilişlərində işıqdandırılmışdır. Bu səciyyəli
verilişlərdə ifaçıların, bəstəkarların, dirijorların həyat və
yaradıcılıqları, Muxtar Respublikada keçirilən musiqi festivalları,
müsabiqələr Naxçıvan musiqi mədəniyyəti haqqında tarixi
materiallar öz əksini tapır və musiqisevərlərin diqqətini cəlb edir.
Musiqişünas Səyavuş Əlizadənin «Naxçıvan yallıları» elmi-
tədqiqat işinin Muxtar Respublikanın musiqi həyatında ilk elmi
əsər kimi diqqəti cəlb etməsi, Məmməd Ələkbərovun «Naxçıvan el
mahnıları» toplusunun işıq üzü görməsi və hazırda bir sıra
musiqiçilərin elmi-tədqiqat işləri üzərində çalışmaları Naxçıvan
musiqi mədəniyyətində musiqişünaslığın inkişafından danışmağa
imkan verir.
Dostları ilə paylaş: