Нахчыван Мухтар Республикасы Бястякарлар


(soldan) Xalq artisti, dirijor Ağaverdi  Paşayev, Ü.Hacıbəyli adına



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə23/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
(soldan) Xalq artisti, dirijor Ağaverdi  Paşayev, Ü.Hacıbəyli adına 
Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş 
dirijoru Rauf Abdullayev, dünya şöhrətli violonçel ifaçısı  
M.Rastropoviç, Azərbaycan Respublikasının əməkdar incəsənət 
xadimi, bəstəkar Nazim Quliyev 
 
 


 
57 
Nazim Quliyevin simfonik orkestrin  ifasında  
«Nəqşi-cahan» konserti. 7 mart, 2003-cü il 
 
(soldan) bəstəkar Nazim Quliyev, Ü.Hacıbəyli adına Azərbaycan 
Dövlət Simfonik Orkestrinin dirijoru Rauf Abdullayev, 
Azərbaycan bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, 
bəstəkar Tofiq Bakıxanov 
 
Nazim  Quliyev  bu  gün  də  pedaqoji  və  yaradıcılıq  fəaliyyətini 
əzmlə davam etdirir, yeni-yeni uğurlar qazanır. O, «Azərbaycan xalq 
musiqisində  çoxsəslilik»,  tar  üçün  «Qamma  və  arpeciolar»  elmi-
nəzəri  kitablarının,  «Bəstəkar  Məmməd  Məmmədov»,  «Saçlar 
ağarmasın neyləsin», «Naxçıvan musiqi mədəniyyəti tarixindən» adlı 
3  monoqrafiyanın,  yüzdən  artıq    elmi-publisistik  məqalələrin,  2 
metodik  tövsiyyənin  müəllifidir.  Eyni  zamanda  son  illərdə  yazdığı 
əsərlərdən  görkəmli  kamança  ifaçısı  Ədalət  Vəzirova  həsr  etdiyi 
«Ədalətsiz  kaman»  poemasının,  «6  portret»  süitasının,  Mikayıl 
Müşfiqin  xatirəsinə  həsr  etdiyi  tar  və  fortepiano  üçün  «Səni  kim 


 
58 
unudar»  pyesinin,  f-no  üçün  sonatinalarının  və  s.    adlarını  çəkə 
bilərik. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  1994-cü  ildə  Azərbaycan 
Bəstəkarlar  İttifaqının  Naxçıvanda  səyyar  plenumu  keçirilmiş  və 
Naxçıvan  Təşkilatının  hesabat  seçki  yığıncağında  Ramiz  Mirişli  – 
sədr,  Nazim  Quliyev  və  Əqidə  Ələkbərova  –  müavinlər,  Vasif 
Allahverdiyev  –  məsul  katib  vəzifələrinə  təyin  edilmişlər.  Səyyar 
plenumda Azərbaycan Bəstəkarlar İttifaqının sədri görkəmli bəstəkar 
Tofiq 
Quliyev, 
Azərbaycan  Bəstəkarlar  İttifaqının  katibi, 
musiqişünas  Ramiz  Zöhrabov,  bəstəkar  Ramiz  Mirişli,  müğənni 
Yaşar  Səfərov  iştirak  etmişlər.  Bu  görkəmli  sənətkarların  Naxçıvan 
səfəri,  eləcə  də  onların  Naxçıvan  bəstəkarlarının  əsərləri  haqqında 
söylədikləri  xoş  sözlər,  dəyərli  fikirlər  gənc  bəstəkarları  yeni-yeni 
əsərlər yaratmağa ilhamlandırmışdır.  


 
59 
 
1998-ci  ildə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
sədri  Vasif  Talıbov  Naxçıvanın  yaradıcı  ziyalıları  ilə  görüşdə 
yaradıcı  təşkilatların  fəaliyyətlərini  ciddi  müzakirə  etmişdir.  Bu 
görüşün  nəticəsində  Azərbaycan  Bəstəkarlar  İttifaqı  Naxçıvan  
Təşkilatının  hesabat-seçki  yığıncağı  keçirilmiş,  Azərbaycan  Bəstə-
karlar  İttifaqının  sədri  Tofiq  Quliyevin  əmrinə  əsasən  Nazim  Paşa 
oğlu  Quliyev  –  sədr,  Sevda  Abbasqulu  qızı  Əliyeva  –  məsul  katib 
vəzifələrinə təyin edilmişlər. 


 
60 
Sonrakı  illərdə  Naxçıvan  musiqi  mədəniyyətinin  inkişafında 
mühüm  xidmətləri  olan  bəstəkarlar  Məmməd  Məmmədov  və  Rəşid 
Məmmədov  haqqında  kitablar  nəşr  edilmiş,  Məmməd  Məmmədov 
haqqında  sənədli  film  çəkilmişdir.  Bu  filmin  ərsəyə  gəlməsində 
bəstəkar  Nazim  Quliyev  və  rejissor  Əsgər  Əsgərovun  böyük 
xidmətləri olmuşdur. 
XX əsrin görkəmli bəstəkarı Qara Qarayevin 80 illik yub-ileyi 
Naxçıvan televiziyasında, mətbuatda geniş işıqlandırılmış, həmin ilin 
may  ayında  Türkiyə  Respublikasının  Ərzurum  şəhərində  keçirilən 
fəlsəfə  konqresində  «Naxçıvan  aşıq  yaradıcılığının  fəlsəfi 
mahiyyəti» mövzusunda Nazim Quliyev məruzə etmişdir. Naxçıvan 
Muxtar  Respublikasının  75  illk  yubileyi  ilə  əlaqədar  olaraq  Nazim 
Quliyevin  «Naxçıvan»  kantatası  (sözləri  Elxan  Əliyevindir) 
Azərbaycan  Dövlət  Xor  Kapellasının,  «Cavidi  düşünərkən»  əsəri 
Qara  Qarayev  adına  Azərbaycan  Dövlət  Kamera  orkestrinin,  tar  ilə 
simfonik  orkestr  üçün  «Nəqşi-cahan»  konserti  Azərbaycan  Dövlət 
Televiziya və Radiosunun simfonik orkestrinin  repertuarlarına  daxil 
edilmişdir. 
Azərbaycan professional kollektivlərinin, professional musiqi-
çilərinin  Naxçıvanda  qastrol  səfərləri  şəhər  və  rayonların  musiqi 
həyatının  zənginləşməsində  böyük  rol  oynamışdır.  Müxtəlif  illərdə 
dahi  bəstəkarımız  Üzeyir  Hacıbəylinin,  görkəmli  sənətkarlar 
Bülbülün, Xan Şuşinskinin, Tofiq Quliyevin rəhbərlik etdiyi estrada 
orkestrinin.  SSRİ  Xalq  artisti  Niyazinin  rəhbərliyi  ilə  Üzeyir 
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, SSRİ xalq 
artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət  Mahnı 
Teatrının,  Səid  Rüstəmov  adına  Azərbaycan  Dövlət  Xalq  Çalğı 
Alətləri  Orkestrinin,  SSRİ  və  Azərbaycan  SSR-nin  xalq  artistləri 
Zeynəb Xanlarovanın,  Lütfiyar  İmanovun, Fərhad Bədəlbəylinin və 


 
61 
bir  çox  məşhur  müğənni  və  musiqiçilərin  Naxçıvandakı  konsertləri 
Muxtar Respublikanın musiqi tarixinin parlaq səhifələrindəndir. 
Dövlətimiz  Naxçıvan  musiqi  mədəniyyətinin  inkişafındakı 
xidmətlərinə görə bir çox musiqiçiləri müxtəlif illərdə fəxri adlarla, 
fəxri  fərmanlarla  təltif  etmişdir.  Belə  ki,  bəstəkar    Ramiz  Mirişli 
Azərbaycan  Respublikasının  xalq  artisti,  bəstəkar  Nəriman 
Məmmədov  -  Azərbaycan  Respublikasının  əməkdar  incəsənət  xa-
dimi,  dirijor  Səidə  Məmmədova  -  Azərbaycan  Respublikasının 
əməkdar mədəniyyət işçisi, tarzən Məmməd Məmmədov, akkardeon 
ifaçısı  Yusif  Əliyev  –  Naxçıvan  Muxtar  Respublikasının  əməkdar 
müəllimi, bəstəkar Məmməd Ələkbərov – Naxçıvan Respublikasının 
əməkdar  incəsənət  xadimi,  bəstəkar  Rəşid  Məmmədov,  tarzən 
Əkrəm  Məmmədov  –  Naxçıvan  Respublikasının  əməkdar 
mədəniyyət  işçisi,  xənəndə  Qurban  Qasımov  –  Naxçıvan 
Respublikasının  əməkdar  artisti,  xənəndə  Abdulla  Babayev  Azər-
baycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülmüşlər. 
2000-ci ildə isə Nazim Quliyevin Bakıya köçməsi ilə əlaqədar 
Naxçıvan  Təşkilatının  rəhbərliyi  Şəmsəddin  Qasımova  həvalə 
edilmişdir. 
 


 
62 
 
Bu  gün  Naxçıvan  Bəstəkarlar  Təşkilatına  böyük  qayğı  gös-
tərilir,  bəstəkar  və  musiqişünasların  yaradıcılığının  inkişafı  üçün 
lazımi  şərait  yaradılır.  Bu  qayğının  və  Naxçıvan  Muxtar  Respub-
likasında  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən  əsası 
qoyulan  möhtəşəm  vəzifələrin  layiqincə  yerinə  yetirilməsinin 
nəticəsidir ki, 1998-ci ildə Naxçıvan Muxtar Respublika Ali Məcli-
sinin  Sədri  Vasif  Talıbovun  yaradıcı  ziyalılarla  görüşündən  sonra 
Azərbaycan  Bəstəkarlar  İttifaqı Naxçıvan Təşkilatının fəaliyyətində 
ciddi  dönüş  yarandı  və  2000-ci  ilin  may  ayından  yeni  tələb  və 
tapşırıqlarla  fəaliyyətə  başlayan  Naxçıvan  Muxtar  Respublikasının 


 
63 
Bəstəkarlar  Təşkilatı  artıq  10  ildir  ki,  müntəzəm  olaraq  Muxtar 
Respublikanın  ictimai  –  mədəni  həyatında  yaxından  iştirak  edir, 
musiqi  mədəniyyətimizin  zənginləşməsi  və  inkişafı  yolunda  geniş 
fəaliyyət göstərir. 
Bəstəkarlar  Təşkilatının  məqsədi  xalqın  mənəvi  zənginləş-
məsinə  xidmət  göstərən  Azərbaycan  musiqi  mədəniyyətini  inkişaf 
etdirməkdən,  musiqi  irsinin  qeydinə  qalmaqdan,  Azərbaycan  bəs-
təkarlarının  əsərlərini  ölkəmizdə  və  onun  hüdudlarından  kənarda 
təbliğ  etməkdən  ibarətdir.  Bunun  üçün  Naxçıvan  Muxtar 
Respublikası  Bəstəkarlar  Təşkilatı  öz  fəaliyyətində  Azərbaycan  və 
eləcə  də  Naxçıvan  diyarının  musiqi  sənətinin  yaradıcılıq 
çoxcəhətliliyini,  milli  musiqi  klassikasının  və  dünya  musiqi  mə-
dəniyyətinin  ən  yaxşı  ənənələrinin  qorunub  saxlanması  və  yeniləş-
dirilməsi prinsiplərini əsas kimi qəbul etmişdir. Bu məqsədlə təşkilat 
üzvləri  ayrı-ayrılıqda  öz  öhdəsinə  düşən  vəzifələri  dərindən  dərk 
edərək,  musiqi  mədəniyyətimizin  inkişafı  naminə  öz  yaradıcılıq 
potensiallarını daha da artırmışlar. Üç bəstəkar və dörd musiqişünası 
öz  ətrafında  birləşdirən  təşkilat  fəaliyyətinin  10  ili  müddətində 
muxtar  respublika  rəhbərliyinin  qayğısı  və  köməkliyi  ilə  2001-ci, 
2005-ci  və  2007-ci  illərdə  Naxçıvan  bəstəkarlarının  müxtəlif 
janrlarda  yazdıqları  əsərlərindən  ibarət  üç  hesabat  konserti 
keçirmişdir.  Konsertlərdə  Naxçıvan  bəstəkarlarının  yazdıqları  yeni 
əsərlər musiqisevərlərin dərin marağına səbəb olmuşdur.  
Qeyd  etdiyimiz  kimi  2001-ci  ildə  Naxçıvan  Muxtar  Respub-
likası  Bəstəkarlar  Təşkilatının  birinci  hesabat  konsertinin  uğurlu 
çıxışından sonra 2005-ci il aprelin 16-17-də Naxçıvan Muxtar Res-
publikasında  Azərbayjan  Bəstəkarlar  Ittifaqının  Səyyar  Plenumu 
keçirilmişdir. Plenum bütövlükdə Naxçıvan Bəstəkarlar Təşkilatının 
işinə  həsr  olunmuşdur.  Onun  işində  iştirak  etmək  üçün  Bakıdan 
Azərbayjan  Bəstəkarlar  Ittifaqının katibi,  əməkdar injəsənət  xadimi, 


 
64 
sənətşünaslıq  doktoru,  professor  Ramiz  Zöhrabov,  respublikanın 
xalq  artisti,  professor  Tofiq  Bakıxanov,  respublikanın  xalq  artisti 
Nəriman  Məmmədov  və  Azərbayjan  Bəstəkarlar  Ittifaqının  məsul 
katibi,  sənətşünaslıq  namizədi  Lalə  Hüseynova  Naxçıvana  ezam 
edilmişlər.  Nümayəndə  heyəti  Naxçıvanın  bir  sıra  mədəniyyət 
ojaqlarında,  o  jümlədən  Naxçıvan  Dövlət  Filarmoniyasında,  Dövlət 
Xalça Muzeyində, Hüseyn Javidin ev muzeyində və Möminə Xatun 
məqbərəsində  olmuş,  habelə  Naxçıvan  Dövlət  Universitetində 
tələbələrin    hazırladığı  Üzeyir  Hajıbəylinin  «Arşın  mal  alan» 
operettasından  fraqmentlərə  baxmışlar.  Universitetin  rektoru, 
Azərbayjan Milli Elmlər Akademiyasının həqiqi üzvü Isa Həbibbəyli 
qonaqları  Universitet  şəhərjiyi  və  yenicə  istifadəyə  verilmiş, 
texnikanın  son  nailiyyətləri  ilə  təjhiz  edilmiş  elektron  kitabxana  ilə 
tanış etmişdir. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin