Нахчыван Мухтар Республикасы Бястякарлар


Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   18   19   20   21   22   23   24   25   ...   60
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 
 bəstəkar Nazim Quliyev 
 


 
54 
Professional  bəstəkarlıq  təhsili  almış  bəstəkarlarımız  sırasında 
Nazim Quliyevin də rolu diqqətəlayiqdir.  
İlk musiqi təhsilini Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktə-
binin  tar  sinfində  alan  Nazim  hələ  məktəbdə  oxuduğu  illərdən 
özünün  kiçik  həcmli  əsərlərini  –  orkestr  üçün  «Lirik  rəqs»,  «Qay-
tağı»,  B.Vahabzadənin  sözlərinə  «Gör  kimi  sevdin»,  E.Əliyevin 
sözlərinə  «Naxçıvan»  mahnılarını  yazır.  1972-ci  ildə  Asəf  Zeynallı 
adına orta ixtisas musiqi məktəbinin, 1983-cü ildə Ü.Hacıbəyli adına 
Azərbaycan  Dövlət  Konservatoriyasının  (indiki  Bakı  Musiqi 
Akademiyası) xalq çalğı alətləri şöbəsində təhsilini başa vuran gənc 
musiqiçi, eyni zamanda  bəstəkarlıq sinfində də təhsil alır.  Onun bu 
illərdə  yazdığı  fortepiano  üçün  «6  miniatür»,  «9  prelüd», 
«Vapiasiyalar»,  xalq  çalğı  alətləri  orkestri  üçün  «Nəqşi-cahan» 
süitası,  B.Vahabzadənin  sözlərinə  «Səninlə»,  M.Arazın  sözlərinə 
«Dağlar  küsüb»  romanslarını,  M.P.Vaqifin  sözlərinə  «Adını 
demərəm». 
Aşıq 
Ələsgərin 
sözlərinə 
«Çeşmə 
başında», 
A.Qasımovun  sözlərinə  «Ordubad»  kimi  mahnıları  onun  əsərləri 
arasında ilk nümunələr sırasındadır. 
Yaradıcılıqla  yanaşı  Nazim  Quliyevin  Muxtar  Respublikanın 
musiqi həyatında da xidmətləri böyükdür. 
1974-78-ci  illərdə  Naxçıvan  Televiziyası  və  Radio  Verilişləri 
Komitəsində  musiqi  redaktoru  işləyən  gənc  bəstəkar  televiziyada 
bədii  özfəaliyyət  kollektivlərinin  müsabiqələrini  təşkil  edir,  mavi 
ekranda,  radio  dalğalarında,  «Şərq  qapısı»  qəzetində  Naxçıvan 
musiqi həyatının inkişafını əks etdirən verilişlərlə, məqalələrlə  çıxış 
edir.  1983-88-ci  illərdə  təyinatla  Naxçıvan  orta  ixtisas  musiqi  mək-
təbində müəllim işləyir, 1986-cı ildə yeni yaradılmış Naxçıvan Xalq 
Konservatoriyasının  rektoru,  1988-98-ci  illərdə  Naxçıvan  Dövlət 
Universitetində  «Musiqi»  kafedrasının  müdiri  vəzifəsində  çalışır. 
Onun müraciətinə əsasən bü gün də öz fəaliyyətlərini inamla davam 


 
55 
etdirən  Naxçıvan  şəhər  1  saylı  uşaq  musiqi  məktəbinə  Məmməd 
Məmmədovun, 3 saylı musiqi məktəbinə isə Səfər Rəcəblinin adları 
verilir.  
1994-cü  ildə  Azərbaycan  Bəstəkarlar  İttifaqının  Naxçıvan 
Təşkilatına  məsul  katib  təyin  olunan  Nazim  Quliyevin  bu  qurumun 
fəaliyyətində  xidmətləri  danılmazdır.  Məhz  bu  illərdə  o,  özünün 
daha  maraqlı  əsərlərini  yazır.  Kamera  orkestri  üçün  «Cavidi 
düşünərkən», «Naxçıvan eskizləri», «Xatirə pyesləri», qarışıq xor və 
xalq  çalğı  alətləri  orkestri  üçün  «Naxçıvan»  kantatası,  xor  və 
fortepiano  üçün    «Naxçıvan  axşamları»  və  bir  sıpa  mahnı  və 
romanslarını  buna  misal  gətirmək  olar.  Sonra  o,  Bakıya  köçərək 
Azərbaycan  Dövlət  Filarmoniyasının  direktor  müavini,  Üzeyir 
Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Simfonik  orkestrinin  direktoru, 
Azərbaycan  Milli  Konservatoriyasının  nəzdində  Respublika 
İncəsənət  Gimnaziyasında  direktor  vəzifələrində  çalışmışdır.  Hal-
hazırda  Azərbaycan  Milli  Konservatoriyasında  və  İncəsənət 
Gimnaziyasında  pedaqoji  fəaliyyətini  davam  etdirir.  2000-ci  ildə 
Azərbaycan  Respublikasının  əməkdar  incəsənət  xadimi  fəxri  adına 
layiq görülüb. 
Nazim  Quliyevin  2008-ci  ildə  yazdığı  iri  həcmli  «İlham  və 
Fərizə»  operası  onun  yaradıcılığında  xüsusi  yer  tutur.  İki  hissədən 
ibarət  olan  operanın  librettosu  da  bəstəkara  məxsusdur.  Operadan 
Fərizənin ariozosu 2009-cu il 12-17 noyabr tarixlərində Azərbaycan 
Bəstəkarlar İttifaqının 75 illik yubileyilə əlaqədar keçirilən «Musiqi 
fevstivalı»nda    səslənərək    Azərbaycan  Respublikasının  əməklar 
artisti Gülnaz İsmayılovanın ifasında maraqla qarşılandı.  
 


 
56 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin