Ramiz Zöhrabov və Şəmsəddin Qasımov Tədbiri giriş sözü ilə açan Şəmsəddin Qasımovdan sonra
Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi Ramiz Zöhrabov
çıxış edərək Naxçıvan Bəstəkarlar Təşkilatının bugünkü vəziyyətinin
qənaətbəxş olduğunu, ikinci hesabat konsertinin yüksək səviyyədə
olmasını, bu günkü konsertdən də çox şey gözlədiklərini, eyni
zamanda həmişə olduğu kimi Naxçıvan Ali Məclisinin Sədri Vasif
Talıbovun bəstəkarlara göstərdiyi böyük diqqət və qayğının şahidi
olduqlarını qeyd etdi.
Sonra o, Bəstəkarlar Təşkilatına yeni qəbul olunan 3 nəfərə –
Yeganə Əsədovaya, Bənövşə Rzayevaya və Günay Məmmədovaya
üzvlük kitabçasını təqdim etdi. Ardınca bəstəkarların – Şəmsəddin
Qasımovun, Kamal Əhmədovun, Yaşar Xəlilovun, Günay
Məmmədovanın əsərlərindən ibarət konsert proqramı dinlənildi.