(soldan) Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin
Qasımov,
bəstəkar Nəriman Məmmədov, Azərbaycan Bəstəkarlar İttifaqının
məsul
71
katibi Lalə Hüseynova, bəstəkar Tofiq Bakıxanov, Azərbaycan
Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Naxçıvan MR
Mədəniyyət və Turizm
naziri Sarvan İbrahimov ümummilli lider Heydər Əliyevin
Naxçıvan
şəhərindəki büstü qarşısında
Gənclik mərkəzində keçirilən və dövlət rəsmilərinin, geniş
ictimaiyyətin iştirak etdiyi bu tədbirdə çıxış edən Ali Məclisin sədri
cənab Vasif Talıbov görkəmli bəstəkarın böyük həyat yolu,
musiqimizi zənginləşdirən irsi barədə ətraflı söz açdı.
O, bəstəkar üçün çox zəruri sayılan, bilavasitə Tofiq Bakı-
xanovun yaradıcılıq üslubunu səciyyələndirən bir keyfiyyəti xüsusi
vurğuladı: «Elə bəstəkarlar var ki, mahnı janrından yuxarı qalxa,
elələri də var ki, klassik janrlardan aşağı, yəni mahnı janrına enə
bilmirlər. Tofiq Bakıxanov üçün belə problem yoxdur. O, musiqinin
bütün janrlarında yazıb-yaratmışdır».
|