Azərbayjan Bəstəkarlar İttifaqının
Sədri Firəngiz xanım Əlizadə İttifaqın kollektivi ilə birlikdə
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan
73
Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrab
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun
konsertdə ön sözündən sonra Tofiq Bakıxanovun ümummilli lider
Heydər Əliyevə həsr olunmuş «Həmişə bizimiləsən» simfonik
poeması lent yazısında səsləndirdi və bu əzəmətli musiqi çox uğurlu
şəkildə Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran
kinoxronika kadrları ilə müşəyiət olundu.
Ümumiyyətlə, konsertdə Tofiq Bakıxanovun çoxşaxəli yara-
dıcılığı kifayət qədər geniş əhatə olunmuşdu. Bəstəkarın məşhur
«Xəzər balladası» baletindən «Neft fəvvarəsi rəqsi», «Şərq poeması»
baletindən isə «Qızların rəqsi»ni orijinal bir ifada - qarmonda Zakir
Mirzəyevin və pianoda Arzu Səfərovanın, habelə tarda Sahib
Paşazadənin, nağarada Məmmədəli Babayevin ifasında səsləndi.
Bundan başqa Zakir Mirzəyev görkəmli tarzən Əşməd Bakıxanova
həsr olunmuş «Xatirə» konsertinin ikinci və üçüncü hissələrini
özünəməxsus təfsirdə ifa etdi.
Tofiq Bakıxanovun irsində çox geniş və mühüm yer tutan
konsert janrının bir nümunəsini – Üzeyir Hacıbəyliyə həsr olunmuş
«Azərbaycan» simfoniyasını ustad turzən, xalq artisti Ramiz Quliyev
həmişə olduğu kimi alovlu bir ilhamla, emosional coşğunluqla
musiqisevərlərə çatdırdı. Nəhayət, Tofiq Bakıxanovun proqramda
geniş əks olunmuş mahnı nümunələrini istedadlı müğənnilər Nuriyyə
Hüseynova və Cavid Hüseyn yüksək şövqlə ifa etdilər. İki saatdan
artıq davam edən və hər ifadan sonra sürəkli alqışlarla qarşılanan
konsertdəki auditoriyanın məhz ciddi musiqiyə, əsl sənətə olan
74
böyük marağının və həssas münasibətinin parlaq təcəssümünə
çevrildi.
1
2008-ci ilin iyul ayının 29-da isə Naxçıvan Bəstəkarlar
Təşkilatının 30 illik yubileyi də təntənə ilə qeyd olundu. Bu möh-
təşəm tədbirdə iştirak etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Azərbaysan Respublikasının xalq artisti, Şöhrət ordenli,
professor, «Yunesko»nun xətti ilə «Dünyanın artisti» fəxri adına
layiq görülmüş Firəngiz xanım Əlizadə, Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov,
Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq
namizədi Lalə xanım Hüseynova, Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi, kino-rejissor – Cahangir Zeynallı da
dəvət olunmuşdular.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının
Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov açaraq, təşkilatın
yaranması, bu 30 ildə onun keçdiyi yolu səciyyələndirdi. O, eyni
zamanda Naxçıvan rəhbərliyi tərəfindən təşkilata böyük diqqət və
qayğı göstərildiyini, bəstəkarların musiqi yaradıcılığının inkişafı
üçün hərtərəfli şərait yaradıldığını bildirdi.
Öz ürək sözlərini və təbriklərini çatdırmaq üçün Azərbaycan
Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə səhnəyə dəvət
olundu. O, yubiley münasibətilə musiqiçiləri təbrik etdi, eyni
zamanda Naxçıvanda gedən böyük quruculuq işlərindən, hər sahəyə
olan diqqət və qayğıdan, eləcə də Bəstəkarlar Təşkilatına və onun
üzvlərinə olan isti münasibətdən danışdı. Firəngiz xanım həmçinin
qeyd etdi ki, «bizim Azərbaycanın bir çox bölgələrində
təşkilatlarımız fəaliyyət göstərir. Lakin Naxçıvan Təşkilatı ən fəal,
1
«Naxçıvan təəssüratları: Bəstəkar Tofiq Bakıxanovun yubileyindən qeydlər».
Musiqi dünyası curnalı, №3-4/2006.s.20
75
öndə
gedən
təşkilatlarımızdandır.
Biz
həmişə
Naxçıvan
musiqiçilərini çox böyük məhəbbətlə qarşılamışıq və onların
əsərlərinə, musiqişünaslarının isə yazdıqları kitablara böyük diqqət
yetirmişik». Sonra Firəngiz Əlizadə Şəmsəddin Qasımova müstəqil
Azərbaycanın Bəstəkarlar İttifaqının yeni üzvlük kitabçasını təqdim
etdi.
Dostları ilə paylaş: |