Нахчыван Мухтар Республикасы Бястякарлар


Azərbayjan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə və



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə29/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   25   26   27   28   29   30   31   32   ...   60
Azərbayjan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə və 
İttifaqın katibi Aqşin Əlizadə 
 
Təbrik  sözündən  sonra  Naxçıvan  Muxtar  Respublika  Bəstə-
karlar  Təşkilatının  30  illik  yubileyinə  həsr  olunmuş  böyük    konsert 
keçirildi.  Bu  konsertdə  Naxçıvan  regionu  bəstəkarlarının  müxtəlif 
janrlı  seçmə  əsərləri  uğurla  səsləndirildi  və  tamaşaçıların  zövqünü 
oxşadı. 
 


 
76 
 
 
 
 
 
 
 
 
 
 
Azəbayjan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə və 
Naxçıvan Bəstəkarlar Təşkilatının Sədri Şəmsəddin Qasımov 
 
Konsertdə  Üzeyir  Hacıbəylinin  «Koroğlu»  operasından 
uvertura,  müxtəlif  səciyyəli  mahnı  və  digər  musiqi  nümunələri 
səsləndirildi. Bəstəkarlardan Ramiz Mirişlinin, Rəşid Məmmədovun, 
Əkrəm Məmmədovun, Şəmsəddin Qasımovun, Kamal Əhmədovun, 
Yaşar  Xəlilovun,  Günay  Məmmədovanın  yazdıqları  əsərlər 
Naxçıvan  Dövlət  Filarmoniyasının  xalq  çalğı  alətləri  və  kamera 
orkestrinin müşaiyətilə solistlər tərəfindən ifa edildi.  
İfaçılar  müəlliflərin  duyğu  və  düşüncələrini,  hiss  və  həyə-
canlarını  musiqinin  təkrarsız,  ecazkar  gücü  ilə  dinləyicilərə 
çatdırdılar.  Muxtar  Respublikanın  əməkdar  artistləri  Mübariz  Əs-
gərovun, Gülyanaq Fərzəliyevanın, Filarmoniyanın solisti, Naxçıvan 
Muxtar 
Respublikasının  əməkdar  artisti  Tural  Nəcəfovun, 
solistlərdən  Qəribə  Həsənovanın,  Azər  Cəfərovun,  Elçin  Nağıyevin 
ifa  etdikləri  «Naxçıvan  təranələri»,  «Vətəndir»,  «Sən  həmişə 
bizimləsən»,  «Haydı  ər  oğullar»,  «Zərifə  həkim»  mahnıları  tama-
şaçılar  tərəfindən  rəğbətlə  qarşılandı.  Ordubad  rayon  uşaq  musiqi 
məktəbinin  xor  kollektivinin  ifasında  səslənən  «Azərbaycanım», 


 
77 
«Bizim  ellər»,  «Heydər  himni»,  xalq  çalğı  alətləri    ifaçılarından 
Zeynalabdın  Babayevin,  Çingiz  Babayevin,  gənc  pianoçu  Ülvi 
Əhmədovun  çaldıqları  əsərlər,  Naxçıvan  Dövlət  Filarmoniyasının 
«Araz» Dövlət Mahnı və Rəqs ansamblının ifa etdikləri «Naxçıvan» 
süitası tamaşaçılara xoş ovqat bəxş etdi 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin