Bəstəkarlar Şəmsəddin Qasımov istedadlı tarzən
Zeynalabdin Babayevlə birlikdə
Şəmsəddin Qasımov xor üçün də bir sıra iri həcmli əsərlər
yazmışdır. Onun Naxçıvanlı şair Hüseyn Razinin sözlərinə yazdığı,
görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadəyə həsr etdiyi
«Mirzə Cəlil» kantatası böyük estetik-emosional təsiri ilə seçilir.
Daim yaradıcılıq axtarışında olan bəstəkar səhnə əsərlərinin
taleyi, onların musiqi tərtibatı məsələsini də bir problem kimi qarşıya
qoyur və bu sahədə səmərəli fəaliyyət göstərir. Hələ 1970-ci illərdə
Naxçıvanda fəaliyyət göstərən «Gənclik» xalq teatrında o,
Q.Fiqeyrodonun «Ezop», Ə.Haqverdiyevin «Bəxtsiz cavan»,
H.Cavidin «Ana», B.Vahabzadənin «Yollara iz düşür», S.Axun-
dovun «Məhəbbət nişanəsi» və s. kimi onlarla tamaşaya orjinal
musiqi bəstələmişdir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə sıx yaradıcılıq
əlaqələri saxlayan Şəmsəddin Qasımov bu illər ərzində Rəsul Rzanın
«Bir gün də insan ömrüdür» (rejissor Vəli Babayev), Mirzə Fətəli
Axundovun «Hacı Qara» (rejissor Tofiq Seyidov), Anarın «Sizi
93
deyib gəlmişəm» (rejissor Kamran Quliyev), Hüseyn Cavidin «Topal
Teymur» (rejissor Kamran Quliyev), Mərkəz Quliyevin «Qarğanın
iflası» (rejissor Ələkbər Qasımov), Həmid Arzulunun «Ərsizlər və
arsızlar» (rejissor Kamran Quliyev) və s. tamaşalara yazdığı musiqi
hadisələrin məzmununu və dinamikliyini açıqlayır, ümumilikdə
ssenarinin tamaşaçılar tərəfindən emosional şəkildə qavranılmasına
zəmin yaradır.
Məlumdur ki, incəsənətin ən qədim növlərindən biri də kukla
teatrıdır. Azərbaycanda da bu teatrın böyük tarixi vardır. Əslində
kukla teatrının ənənəvi, milli forması Azərbaycan xalqı içərisində də
ən çox yayılmış tamaşa növlərindən biri sayılır.
Adət-ənənyə görə Kukla Teatrında bir neçə kukla oynadan
aktyor və musiqiçi iştirak edir. Burada saz, kaman, təbil, qoşa nağara
və s. kimi Azərbaycan alətlərindən istifadə olunur. Bir sözlə kukla
teatrının bütün növləri özündə musiqili səhnə hərəkətlərinin sintezini
əks etdirir. Bəstəkar Şəmsəddin Qasımovun 1984-cü ildə
Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılmış Naxçıvan
Dövlət Kukla teatrındakı fəaliyyəti xüsusilə təqdirə layiqdir. Belə ki,
teatrın repertuarında özünə möhkəm yer tutan Kəmalə Ağayevanın
«Məlik Məmməd» və «Sirli sözlər», Səməd Canbaxışın «Cik-cik
xanım», Aybəniz Ağayevanın «Tənbəl Əhməd», Vüsal Rzayevin
«Cəsus dovşan», və s. kimi kukla tamaşalarına, məktəblilərin
zövqünü oxşayan onlarla əsərlərə musiqi yazmışdır.
Şəmsəddin müəllim fəal bəstəkarlıq işi ilə bərabər pedaqoji,
ictimai fəaliyyətini Naxçıvan Dövlət Universitetinin «İncəsənət»
fakultəsində davam etdirir. Onun yaradıcı, pedaqoji ictimai
fəaliyyətinə nəzər saldıqda, Naxçıvan musiqi mədəniyyətinin
inkişafı üçün çoxsəmərəli işlər gördüyünün şahidi oluruq.
|