Bəstəkar Şəmsəddin Qasımov filarmoniyanın solisti Qəribə Həsənova ilə hesabat konsertinə yeni mahnı hazırlayarkən
Şəmsəddin Qasımov kamera-instrumental janrında da öz
bacarığını nümayiş etdirmişdir. Aydın musiqi dili, ifadə vasitələri
baxımından diqqəti cəlb edən bu əsərlər əlvan intonasiyalarla
bəzədilmişdir. Bəstəkarın instrumental əsərləri sırasına onun for-
topiano üçün 2 pyesini («Fikirli» və «Xatirə»), skripka və fortopiano
üçün pyesini aid etmək olar. Onun instrumental əsərləri içərisində
kamera orkestri üçün yazdığı 3 hissəli «Naxçıvan lövhələri» süitası
xüsusi yer tutur. Bu orkestrləşdirilmiş əsərin lad əsası, melodik dili
diqqəti cəlb edir.