I
I
I
I
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
N
N
A
A
X
X
Ç
Ç
I
I
V
V
A
A
N
N
M
M
U
U
X
X
T
T
A
A
R
R
R
R
E
E
S
S
P
P
U
U
B
B
L
L
İ
İ
K
K
A
A
S
S
I
I
B
B
Ə
Ə
S
S
T
T
Ə
Ə
K
K
A
A
R
R
L
L
A
A
R
R
T
T
Ə
Ə
Ş
Ş
K
K
İ
İ
L
L
A
A
T
T
I
I
N
N
I
I
N
N
Ü
Ü
Z
Z
V
V
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
İ
İ
N
N
Y
Y
A
A
R
R
A
A
D
D
I
I
C
C
I
I
L
L
I
I
Ğ
Ğ
I
I
N
N
A
A
B
B
İ
İ
R
R
B
B
A
A
X
X
I
I
Ş
Ş
86
Naxçıvan Muxtar Respublika Bəstəkarlar Təşkilatı bir çox
bəstəkar və musiqişünasların sənətinin püxtələşməsində və təkmil-
ləşməsində mühüm rol oynamışdır. Hal-hazırda Bakı şəhərində
yaşayıb-yaradan bəstəkarlardan Nazim Quliyev, Vasif Allahver-
diyev, musiqişünaslardan Sevda Əliyeva, Güllü İsmayılova, Jalə
Qulamova (Əliyeva), Türkiyə Cümhuriyyətinin Qars şəhərində
pedaqoji fəaliyyətini davam etdirən musiqişünas alim Əqidə
Ələkbərova Naxçıvan Muxtar Respublika Bəstəkarlar Təşkilatının
yetirməsidirlər. Bu gün Naxçıvan Muxtar Respublika Bəstəkarlar
Təşkilatında fəaliyyət göstərən 7 üzv öz yaradıcılıq imkarlarından
istifadə edirlər. Təşkilatda fəaliyyət göstərən bu üzvlərinin
yaradıcılıq yoluna nəzər salaq.
ŞƏMSƏDDİN QASIMOV
Doğma Azərbaycanımızın musiqi mədəniyyəti, onun ifaçılıq
və bəstəkarlıq sənəti çox qədim və zəngindir. Əlbəttə ki, musiqi
mədəniyyətimizin öyrənilməsi tariximizlə sıx bağlıdır. İndiki
87
dövrdə məhz musiqi tariximizin açılmayan, qaranlıq qalan
səhifələrini açmaq olduqca zəruridir.
Naxçıvanın musiqi tarixi, musiqiçiləri haqqında aparılan
tədqiqatlar da bu baxımdan əhəmiyyətlidir.
Naxçıvan MR-nın əməkdar incəsənət xadimi Şəmsəddin
Qasımovun Respublikanın musiqi mədəni həyatında özünəməxsus
yeri vardır.
Şəmsəddin Mustafa oğlu Qasımov 1955-ci ildə Naxçıvan
şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəs
göstərən Şəmsəddin ilk musiqi təhsilini Naxçıvan şəhərində 1 saylı
uşaq musiqi məktəbinin tar sinfində almış, 1971-75-ci illərdə isə
Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində təhsilini
davam etdirmiş və bu məktəbi müvəffəqiyyətlə bitirmişdir. Sonra
istedadlı tarzən Naxçıvana qayıtmış, uşaq musiqi məktəbində
müəllim kimi fəaliyyətə başlamışdır. Şəmsəddin Qasımov istedadlı
uşaqların tar aləminin sirlərinə yiyələnməsində xüsusi səy
88
göstərmişdir. Belə ki, o, həssas musiqi duyumu, musiqi qavrayışı ilə
bərabər çox böyük həvəslə tarda çalmağın, xüsusilə muğam
ifaçılığının sirlərini sevimli şagirdlərinə indi də xüsusi ilhamla
aşılayır.
Ətraf aləmə, oxuyub-öyrənməyə, sənətə olan böyük maraq onu
1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə gətirmişdir.
O, uğurla imtahanlarını verib mədəni-maarif fakultəsinə daxil olur.
1985-ci ildə universitetin mədəni-maarif fakultəsini bitirməklə
özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnir.
O, 1981-ci ildə Nehrəm və Cavidabad kəndlərində musiqi
məktəblərinin açılmasına nail olmuş və bu məktəblərin direktoru
vəzifəsində çalışmışdır. Sonralar o, Naxçıvanın 1 və 2 saylı uşaq
musiqi məktəblərində əvvəl müəllim, sonra isə dərs hissə müdiri
işləmişdir.
Tarzən olmaqla yanaşı Şəmsəddin Qasımov 1970-ci illərdə
həm də bəstəkar kimi fəaliyyətə başlayır. O, bəstəkar kimi yara-
dıcılıq prosesində əlinə qələm aldığı vaxtdan insanların bədii estetik
zövqünü oxşayan mahnı janrına xüsusi diqqət yetirir.
Ümumiyyətlə, mahnı sözün həqiqi mənasında tez qavranılması
baxımından və bədii-estetik təsir gücünə görə xalq arasında ən çox
sevilən janrdır. Heç təsadüfi deyildir ki, böyük bəstəkarımız Fikrət
Əmirov «Musiqi tərbiyə vasitəsidir» adlı məqaləsində mahnı janrı
haqqında belə bir fikir söyləyir: «Xalqın ən çox sevdiyi, oxuduğu,
həmişə eştiməyə ehtiyas duyduğu kütləvi musiqi janrlarından biri,
bəlkə də birincisi mahnıdır. Mahnı adı məişət məsələlərindən tutmuş,
ta yüksək humanist, beynəlmiləl, bəşəri fikirlərə qədər çox geniş bir
sahəni əhatə edə bilən ən demokratik, ən operativ janrdır. Mahnı
qanadlı quş kimidir».
Şəmsəddin Qasımov da Azərbaycan xalq musiqisinin ana
xəttini təşkil edən saysız-hesabsız mahnı nümunələrinin melodiya və
89
mətn əsası ilə daha yaxından tanış olmuş, bu kimi amilləri öz
yaradıcılıq istiqaməti üçün əsas meyar götürmüşdür. Məhz bütün
bunların nəticəsidir ki, bəstəkarın qələmindən olduqca şirin,
təravətli mahnı melodiyaları ərsəyə gəlmişdir.
Əsasən kütləvi mahnı janrında çalışan Şəmsəddin Qasımov
mərhum şair İbrahim Orucovun sözlərinə 20-ə qədər, müxtəlif
şairlərin və şəxsən özünün sözlərinə 30-dan artıq mahnının müəl-
lifidir.
M.Araz, B.Vahabzadə, H.Arif, İ.Orucov, A.Yadigar, M.Qa-
sımzadə, Z.Vedili, A.Mirzəyev, R.Hüseynov, İ.Fərəməzoğlu,
Ə.Qasımov, L.Əsgərzadə, F.Seyidov və başqa şairlərin sözlərinə
yazılmış mahnılarda bəstəkar doğma Vətəni, onun füsunkar
gözəlliklərini, əməksevər insanları vəsf etməklə yanaşı, öz
yaradıcılığında lirik məhəbbət mövzusunda mahnılara da geniş yer
vermişdir.
İbrahim Orucovun sözlərinə bəstələdiyi «Gözlə məni», «Sev-
mək necə olur bəs», Abasqulu Mirzəyevin sözlərinə «Dedin:
məhəbbət hanı», Muxtar Qasımzadənin sözlərinə «Bilə-bilə». Asim
Yadigarın sözlərinə «Unut bu sevdanı» və «Unutsam dözəcəkmi?»,
öz sözlərinə «Mən anlamadım», «Sənin sevgin, mənim sevgim»,
«Getmə», «Darıxmışam sənin üçün» və s. kimi lirik mahnılarında
sözlə musiqinin sıx vəhdəti, melodiyalarında xoş təravət,
ürəyəyatımlılıq dənləyicidə ən xoş duyğular oyadır.
Şəmsəddin Qasımov son illərdə günün nəbzini tutan mövzulara
müraciət edərək, gənclərə mənəvi dayaq olan, onlara cəsarət aşılayan
və qələbəyə ruhlandıran vətənpərvərlik səciyyəli mahnılar
bəstələmişdir.
Ələkbər
Qasımovun
sözlərinə
«Müstəqil
Respublikam», Rövşən Hüseynovun sözlərinə «Müstəqillik nəğ-
məsi», İlyas Fərəməzoğlunun sözlərinə «Azərbaycan gəncləri», Zaur
90
Vedilinin sözlərinə «Azərbaycan» kimi mahnılar məhz bu
qəbildəndir.
Eyni zamanda bəstəkar xalqımızın başına gələn «20 yanvar»
müsibətinin, nahaqdan tökülmüş qanın ağrı-acıların əks sədası kimi
Azərbaycanın milli qəhrəmanları İbrahim Məmmədova həsr
olnumuş «Altı bacı», Yusif Mirzəyevə həsr edilmiş «Yusifim», polis
mayoru Məhərrəm Seyidova həsr olunmuş «Məhərrəm», Sədərəyin
ən kiçik şəhidləri Malik və Elvin qardaşları haqqında «Malikim,
Elvininm mənim», İbrahim Orucovun sözlərinə «Sədərəklilər»,
«Mənim Azərbaycanım», «Marş irəli», Mir Fazil Seyidovun
sözlərinə «Mən əsgərəm» kimi mahnılar yazmışdır. Bu mahnılar
vətənpərvər bir insan olaq Şəmsəddin Qasımovun öz vətənini, onun
şəhidlik zirvəsinə ucalmış oğullarını vəsf edən özünəməxsus musiqi
nümunələridir.
Bəstəkar romans janrını da unutmamışdır. Bu janrda Nizami
Gəncəvinin sözlərinə yazdığı «Ay üzlü nigarım kimə mehman
olacaqsan», «Dəyişmərəm» bəstəkarın maraqlı və uğurlu romans-
larından hesab oluna bilər.
Şəmsəddin Qasımovun ümummilli liderimiz Heydər Əliyevin
və Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, akademik
Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 80-illik yubileyləri ilə
bağlı Lütfiyyə Əsgərzadənin sözlərinə «Ər oğlu ər, Heydərimiz»,
Rövşən Hüseynovun sözlərinə yazdığı «Zərifə həkim» mahnıları da
geniş yayılmışdır.
Bəstəkarın mahnıları bu gün də tanınmış müğənnilərin, o
cümlədən Ağadadaş Ağayevin, Kəmalə Rəhimlinin, Elxan Şirinovun
və başqalarının ifasında musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.
|