Нахчыван Мухтар Республикасы Бястякарлар


partituralarını  araşdıraraq,  eyni  zamanda  həmin  əsərlərin  ifalarına



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə43/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

partituralarını  araşdıraraq,  eyni  zamanda  həmin  əsərlərin  ifalarına 
qulaq asırdı. 
Yaşar  Xəlilovun  ən  böyük  çətinliyi  onun  fortepianoda  ifaçı 
səviyyəsində    çala  bilməməsi  idi.  Nəyin  bahasına  olur-olsun  bu 
musiqi alətində yaxşı çalmağı, öyrənməyi qarşısına məqsəd qoyan və 
tezliklə  buna  nail  olan  gənc  bəstəkar  nəhayət  forteptano  üçün  ilk 
əsərlərini  yazmağa  başlayır.  Yaşar  öz  yazılarını  ixtisas  müəllimi 
A.B.Kabakova  göstərir.  A.B.Kabakov  diqqətlə  onun  yazdıqlarını 
təhlil  edir  və  Yaşarı  bəstəkarlıq  kursuna  imtahan  verməyə 
həvəsləndirir.  Beləliklə,  o,  1974-cü  ildən  etibarən  bəstəkarlıq 
şöbəsində  istedadlı  bəstəkar  L.M.Vaynşteynin  sinfində  oxumağa 
başlayır. 1975-ci ilin aprel ayında məktəbin tarixində ilk dəfə olaraq 


 
108 
tələbə  bəstəkarların  əsərlərindən  ibarət  konsert  təşkil  olunur.  Yaşar 
bu  konsertdə  özünün  2  prelüdünü  müvəffəqiyyətlə  ifa  edir  və 
həmkarlarının alqışlarını qazanır. Sonralar o, bir sıra pyeslər, poema, 
skripka və forteptano üçün «Skertso» və forteptano üçün «Sonatina» 
yazır. 
Musiqi  mədəniyyətinə  yiyələnmək  və  bu  mədəniyyəti  təbliğ 
etmək üçün daha  geniş  dünyagörüşə, zəruri nəzəri biliyə və təcrübi 
ifaçılıq  qabiliyyətinə  yiyələnmək  lazım  idi.  Məhz  bu  anlamla  o, 
1976-cı  ildə  müvəffəqiyyətlə  imtahan  verərək  Üzeyir  Hacıbəyli 
adına  Azərbaycan  Dövlət  Konservatoriyasının  (indiki  Üzeyir 
Hacıbəyli  adına  Bakı  Musiqi  Akademiyası)  bəstəkarlıq  fakultəsinə 
daxil  olur.  O,  böyük  arzusuna  çatır  və    Qara  Qarayevin  sinfində 
təhsil almağa başlayır. Orta ixtisas musiqi məktəbindən başlanan yol 
burada  daha  da  təkmilləşir  və  buranın  sənət  abu-havası  onun  artıq 
tələbəlik  illərində  kamilləşməsinə,  təkmilləşməsinə  münbit  şərait 
yaradır. 
Konservatoriyada  oxuduğu  illərdə  Yaşarın  bir  bəstəkar  kimi 
formalaşmasında müəllimlərindən Qara Qarayevin, Fərəc Qarayevin, 
Boris  İvanoviç  Yermolayevin  böyük  xidmətləri  olmuşdur.  1977-ci 
ilin payızında Alma-Atada keçiridən musiqi festivalında Yaşarın ifa 
etdiyi prelüdləri ona müvəffəqiyyət qazandırır. 
1979-cu  ildə  Azərbaycan  bəstəkarlarının  növbəti  Y  qurul-
tayında klarnet və forteptano üçün yazdığı «Sonata» ona böyük uğur 
gətirir.  O  vaxtlar  SSRİ-də  ən  məşhur  klarnetçalan  sayılan 
L.Mixaylov  bu  əsəri  öz  repertuarına  daxil  edir.  Əsər  SSRİ  musiqi 
fondu  tərəfindən  müqavilə  əsasında  alınır.  «Sonata»  sonralar  bir 
neçə dəfə müxtəlif klarnetçalanlar tərəfindən uğurla  ifa edilir. 
1980-cı  ildə  «Soprano,  skripka,  violonçel  və  arfa  üçün  nok-
türn»  əsəri  Ümumittifaq  müsabiqəsinin  fərqlənmə  diplomuna  layiq 
görülür.  Həmin  əsər  28  noyabr  1980-cı  ildə  Moskva  Dövlət 


 
109 
Konservatoriyasının  məhşur  kiçik  zalında  ifa  edilir.  «Muzıkalğnaə 
ciznğ»  jurnalında  bu  əsərə  yüksək  rəy  verilmişdir.  Həmin  əsər  17 
mart  1982-ci  ildə  SSRİ  Bəstəkarlar  İttifaqının  zalında  Moskva 
Dövlət  Filarmoniyasının  solistlərinin  ifasında  ikinci  dəfə 
səsləndirilir. 
Konservatoriyada təhsil aldığı illərdə Yaşar Xəlilov skripka və 
fortepiano üçün  «Skertso», fortepiano üçün «Tema və variasiyalar», 
«Simli kvartet», kamera orkestri üçün «Partita-Re major» və diplom 
işi  kimi  simfonik  orkestr  üçün  «I  saylı  simfoniya»  kimi  əsərlər 
yazmışdır.  
1981-ci  ildə  Konservatoriyanı  bitirdikdən  sonra  o,  təyinatla 
Naxçıvana  göndərilir  və  1986-cı  ilə  qədər  Üzeyir  Hacıbəyli  adına 
Naxçıvan orta ixtisas musiqi məktəbində müəllim işləyir. Bu illərdə 
müəllimliklə yanaşı bir sıra əsərlər, o cümlədən kamera orkestri üçün 
«Simfonietta»,  1982-ci  ildə  Hüseyn  Cavidin  100  illik  yubileyi 
ərəfəsində  cənazəsi  vətənə  gətirilərkən,  onun  sözlərinə  bir  sıra 
romanslar bəstələyir. 
1985-ci  ildə  SSRİ  Bəstəkarlar  İttifaqının  üzvlüyünə  qəbul 
olunan  Yaşar  Xəlilov  1986-cı  ildə  Bakıya  qayıdaraq  bəstəkarlıq  və 
müəllimlik  fəaliyyətini  davam  etdirir.  Bu  illərdə  yazdığı  Üzeyir 
Hacıbəyliyə  həsr  etdiyi  skripka  və  fortepiano  üçün  «Sonata», 
görkəmli  fransız  bəstəkarı  Klod  Debüssinin  xatirəsinə  həsr  etdiyi 
skripka  və  fortepiano  üçün  «Sonata»  ilə  yanaşı,  Yaşar  simli  kvar-
tetini  də  yazır  və  bu  əsərlər  Azərbaycan  Bəstəkarlar  İttifaqının 
plenumlarında böyük müvəffəqiyyətlə səsləndirilir. 
1990-cı ildə Yaşar Xəlilovun bəstələdiyi «Ağlaram», «Ay qız» 
və S.Şirazinin sözlərinə yazdığı «Rübai» romansları bu sahədə gözəl 
örnəklərdir. 
1990-cı  ildə  bəstəkar  Azərbaycan  Mədəniyyət  Fondunun 
təqaüdçüsü seçilir. 


 
110 
1991-ci  ildə  yazdığı  tar  və  xalq  çalğı  alətləri  orkestri  üçün 
«Konsert»də  xalq  yaradıcılığından  bəhrələnən  bəstəkarın  özünə-
məxsus musiqi dili, üslubu, fərdi yaradıcılıq prinsipləri özünü parlaq 
şəkildə göstərir. 
Ən  ümdə  cəhət  odur  ki,  Yaşar  Xəlilovun  yaradıcılığı  xalq 
musiqisi  ilə  dərindən  bağlıdır.  Onun  əsərlərində  millilik  üstün  yer 
tutur.  Onun  yazdığı  bütün  əsərlərində  xalq  musiqisinin,  əsasən 
muğamların  təsiri  çox  duyulur.  Milli  musiqi  ənənələrinə  sədaqət, 
xalq musiqi dilinin sadəliyindən, aydınlığından yüksək professional-
lıqla  bəhrələnmək  qabiliyyəti  Yaşar  Xəlilovun  musiqi  üslubunda 
əsas səciyəvi cəhətlərdəndir.   
Əlvan ritmlər, təravətli intonasiyalar, folklora əsaslanan melo-
dik çalarlar bəstəkarın sənət palitrasında cazibədar bir ahəng yaradır. 
Bəstəkar  əsərlərində  milli  ruhu  qoruyub  saxlamaqla  yanaşı, 
milli intonasiyaları da müasir musiqi ilə sintez edir, onların vəhdətini 
yaradır.  Onun  əsərlərində  neoklassizm,  ekspressionizm,  imp-
ressionizm  üslubuna  tez-tez  rast  gəlmək  olur  və  bəzi  əsərlərdə 
K.Debüssi, İ.Stravinski, A.Skryabinin musiqi üslubuna  yaxınlıq hiss 
olunur. Onu da qeyd edək ki,  bəstəkarın əsərləri fakturasına görə də 
çox zəngindir, həm də mürəkkəbdir. 
Onun hətta romanslarında da sadəlik yox, mürəkkəblik  özünü 
büruzə verir. Bu cəhət Yaşar Xəlilovun daha ciddi janrlarda musiqi 
bəstələməsindən irəli gəlir. 
Bəstəkarın neoklassik üslubda yazılmış «D-dur partitası»-nın I 
hissəsində  çahargah,  II  hissəsində  segah,  III  hissəsində  şur,  IV 
hissəsində  isə  aşıq  musiqisinin  xarakter  elementlərindən  istifadə 
olunmuşdur.  
Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi,  böyük 
yazıçı,  dramaturq,  publisist  və  ictimai  xadim  Cəlil  Məmmədqu-
luzadənin  yaradıcılığı  hər  zaman  sənət  adamlarının,  o  cümlədən 


 
111 
bəstəkarlarımızın diqqət mərkəzində olmuş, onun əsərlərinə müxtəlif 
janrlı  musiqi  yazmışlar.  Ədibin  əsərlərinə  Azərbaycan  bəstəkarları 
çoxsaylı  musiqi  nümunələri  həsr  edərək,  dram  tamaşalarının  reper-
tuarlarını daha da zənginləşdirmişlər. Cəlil Məmmədqluzadənin ana-
dan olmasının 140 illik yubileyilə əlaqədar Yaşar Xəlilovun myuzikl 
janrında yazdığı «Çay dəstgahı» adlı əsəri yubiley üçün layiqli töhvə 
olmuşdur. 
Bəstəkar bu əsərdə real həyat prinsiplərini musiqi lövhələrində 
aydın  təsvir  edə  bilmişdir.  Burada  9  musiqi  nömrəsi  mövcuddur. 
Əsərin 
yazılmasında 
bəstəkar 
Azərbaycan 
xalq 
musiqi 
nümunələrindən  də  bəhrələnmişdir.  Buradakı  obrazlar  əsərin  ifası 
zamanı gözəl musiqi dili ilə dövrün ziddiyyətlərini ifşa edirlər.  
Əsər  16  noyabr  2008-ci  ildə  ilk  dəfə  İran  İslam  Respub-
likasının  Təbriz  şəhərində  keçirilən  Kukla  teatrlranın  Beynəlxalq 
Festivalında oynanılmışdır. Onu da qeyd edək ki, bu festivalda İran 
və  Tacikistan  Kukla  Teatrları  ilə  yanaşı  Naxçıvan  Kukla  Teatrı  da 
iştirak  etmişdir.  Kukla  Teatrının  əməkdaşları  eyni  zamanda  dahi 
dramaturq  Hüseyn  Cavidin  «Ana»  pyesini  də  oynamışlar.  Bu 
tamaşanın da musiqisi Yaşar Xəlilov tərəfindən yazılmışdır. 
Muxtar Respublikada 2007-ci ilin oktyabr ayında dahi drama-
turq Hüseyn Cavidin 125 illk yubileyinə həsr olunmuş təntənəli zirvə 
tədbiri keçirilmişdir. Tədbirdə böyük dramaturqun yubileyinə layiqli 
töhvə olaraq «Səyavüş» əsərinin tamaşası göstərilmişdir. Beş pərdəli 
faciənin  quruluşçu  rejissoru  Naxçıvan  Dövlət  Musiqili  Dram 
Teatrının direktoru, Azərbaycan Respublikasının xalq artisti Kamran 
Quliyev,  musiqi  tərtibatçısı  isə  Yaşar  Xəlilov  olmuşdur.  Onu  da 
qeyd  edək  ki,  tamaşanın  musiqisini  əvvəldən  axıra  kimi  Yaşar 
Xəlilov royalda özü müşayiət etmişdir. 
Yaşar  Xəlilovun  Hüseyn  Cavid  irsinə  müraciəti  bununla 
bitmir.  O,  «Səyavuş»  əsərinə  yazdığı  musiqi  əsasında  xalq  çalğı 


 
112 
alətləri  orkestri  üçün  süita,  fortepiano  və  kamera  orkestri  üçün  «2 
pyes»,  Hüseyn  və  Ərtoğrul  Cavidlərin  xatirələrinə  həsr  etdiyi  xalq 
çalğı  alətləri  orkestri  üçun  «Muğam  dastanı»,  «Çoban  türküsü», 
«Bizim ellər», «Gövərçinim» şeirlərinə mahnılar bəstələmişdir. Eyni 
zamanda  «Çahargah»,  «Bayatı-Şiraz»  etüdləri,  «Məcnunun  harayı» 
proqramlı  pyesi,  tar  ilə  fortepiano  üçün  «Sözsüz  mahnı»  (əsər  ilk 
dəfə  bəstəkar  Tofiq  Bakıxanovun  yubiley  konsertində  ifa 
olunmuşdur),  akapella  xoru  üçün  «Bahar  oldu»,  xor  və  fortepiano 
üçün  «Laçın»,  Dmitriy  Şostakoviçə  həsr  olunmuş  «Payız  səması». 
Qara  Qarayevə  həsr  olunmuş  «Dan  ulduzu»,  Vaqif  Mustafazadəyə 
həsr olunmuş «Həsrət» prelüdləri və s. əsərlərin də müəllifidir. Yaşar 
Xəlilov  bir  neçə  il  Ordubad  Rayon  Mədəniyyət  Şöbəsinin  müdiri 
vəzifəsində  çalışmışdır.  Hazırda  isə  Naxçıvan  Musiqi  Kollecində 
pedaqoji  fəaliyyət  göstərir.  O,  2009-cu  ildə  Naxçıvan  MR-nın 
əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 
Yaşar  Xəlilov  həmişə  olduğu  kimi  bu  gün  də  Naxçıvanın 
musiqi  həyatında  var  qüvvəsi  ilə  çalışır.  O,  Naxçıvanda  fəaliyyət 
göstərən  orkestrlər  və  xor  kollektivləri  ilə  sıx  yaradıcılıq  əlaqəsin-
dədir.  Onun  yazdığı  əsərlərdə  vətənpərvərlik,  vətənə  bağlılıq  ruhu 
çox  güclüdür.  Yaşarın  ulu  öndərimimz  Heydər  Əliyevin  85  illik 
yubileyinə  həsr  etdiyi  «Rekviem»,  «Heydər  himni»,  «Ordubad 
kapriççiosu»,  xor  ilə  fortepiano  üçün  yazdığı  «Doğma  yurdum 
Naxçıvanım» (sözləri Yaşar Xəlilova məxsusdur) adlı himn, skripka 
və  fortepiano  üçün  «Mömünə  Xatun»  pyesi,  görkəsmli  akademik 
Yusif  Məmmədəliyevin  100  illik  yubileyinə  həsr  olunmuş  xor  və 
simli orkestr üçün «Qurtuluş çələngi», yenə Yusif Məmmədəliyevin 
xatirəsinə zərb alətləri və fortepiano üçün «Kapriççio-Ordubad» və 
başqa əsərləri parlaq nümunə göstərmək olar. 


 
113 
Bəstəkarın  fortepiano  ilə  simfonik  orkestr  üçün  «b-moll 
konserti»  onun  yaradıcılığında özünəməxsus bir yer tutur. Belə ki, 
əsər Yaşar Xəlilovun bu sahədə ilk debütüdür.  
Bildiyimiz  kimi  2009-cu  il  noyabr  ayının  12-dən  17-ə  kimi 
Azərbaycan  Bəstəkarlar  İttifaqının  75  illik  yubileyilə  əlaqədar 
Bakıda  möhtəşəm  musiqi  festivalı  keçirildi.  Bu  festivalda  Yaşar 
Xəlilovun  Tar  və  Xalq  Çalğı  Alətləri  Orkestri  üçün  Konserti 
səsləndi.  1991-ci  ildə  yazdığı  bu  konsertdə  xalq  yaradıcılığından 
bəhrələnən bəstəkarın özünəməxsus musiqi üslubu, fərdi yaradıcılıq 
prinsipləri  özünü  parlaq  şəkildə  büruzə  verir.  2008-ci  ildə  Yaşar 
Xəlilov həmin əsər üzərində yenidən işləyərək onu redaktə etmişdir. 
Əsər Beynəlxalq müsabiqələr laureatı tarzən Sahib Paşazadəyə həsr 
olunub  və  o,  bu  əsəri  ilk  dəfə  ifa  etdi.  Üç  hissədən  ibarət  olan 
konsertdə muğam intonasiyalarından geniş istifadə olunsa da, forma 
cəhətdən ənənəvi klassik konsert forması saxlanılıb. Belə ki, I hissə 
sonata,  II  hissə  mürəkkəb  üç    hisssəli,  III  hissə  isə  rondo 
formasındadır.  İlk  dəfə  olaraq  burada  muğama  aid  bəzi  səciyyəvi 
ştrixlər  də  nota  alınıb.  Bununla  da  ifaçıya  improvizasiya  etmək 
əvəzinə  yalnız  notda  olanları  çalmaq  imkanı  verilib.  Beləliklə,  biz 
onu  deyə  bilərik  ki,  milli  musiqi  ənənələrinə  sədaqət,  xalq  musiqi 
dilinin  sadəliyindən,  aydınlığından  yüksək  professsionallıqla 
bəhrələnmək məhz əsərin əsas səciyyəvi səhətlərindəndir. 
Hazırda  bəstəkar  «Əshabü-kəf»  baleti  üzərində  işləyir.  Söz 
yox ki, bu əsər Yaşar Xəlilova yeni uğurlar gətirəcəkdir. 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin